Azərbaycanın əsas məqsədlərindən biri birlik və həmrəylik yaratmaqdır

Azərbaycanın əsas məqsədlərindən biri birlik və həmrəylik yaratmaqdırİyun ayının 21-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirən 29-cu Beynəlxalq Neft və Qaz – "Caspian Oil & Gas" və 12-ci Xəzər Beynəlxalq  Energetika və Yaşıl Enerji –"Caspian Power" sərgiləri keçirilib. 
Bakı Enerji Həftəsində 37-də artıq ölkədən 300-dən çox şirkən iştirak edib. Bu da dövlətlərin və şirkətlərin bu işə inamını və sadiqliyini göstərir.
Onu da qeyd edək ki, tədbir artıq 30 ildir keçirilir. İlk dəfə bu tədbir hələ 1994-cü ildə təşkil olunub. İndiyə qədər  isə ölkələrin cöğrafiyası və iştirak edən şirkətlərin sayı xeyli artıb və durmadan artmaqdadır. Bu sərgi eyni zamanda göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıran şirkətlər üçün də olduqca cəlbedicidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgi zamanı "Euronews" televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində "Masdar"ın bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımız olduğunu deyib. Qeyd edib ki, "Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş və külək enerjisi stansiyalarının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 giqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var".
Bu sahədə Azərbaycan olduqca böyük işlər görür. Xarici ölkələri, şirkətləri özünə cəlb edir. Odur ki, ölkəmizdə energetika sahəsinə yaxşı sərmayə mühiti mövcuddur. Bütün bunlar göstərir ki, respublikamız ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.
Azərbaycan COP29-a ev sahibliyi edir, odur ki, Azərbaycanın yaşıl enerjiyə keçid prosesində üzərinə çox böyük öhdəlik və məsuliyyət düşür. Respublikamız eyni zamanda bu səbəbdən də öndəgedənlərdən olmalıdır. 
Çox sevindirici haldır ki, Azərbaycanın "Masdar", "ACWA Power" kimi strateji tərəfdarları var və bizimlə işləmək istəyən, sərmayə qoymağı planlaşdıran bir sıra xarici şirkətlər vardır. Onu da qeyd edək ki, BP də sərmayədarlar sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızın neft və qaz sahəsini yaxşı bildiyini və bu işə isə təzə başlanıldığını və milli enerji şəbəkəsi  ilə bağlı  müəyyən çətinliklərin olduğunu və eyni zamanda sərmayədarların verdiyi mümkün qədər çox enerjinin qəbul edilməsi üçün milli enerji şəbəkəsinin gücləndirilməsinin lazım olduğunu söyləyib.
Prezident İlham Əliyev digər çətinliyin ötürülmə xətləri ilə bağlı olduğunu və bu halda öz qonşularımızla fəal çalışmağımızın lazım olduğunu deyib. Qeyd edib ki, Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşmaq tətbiq edilməlidir ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.
Bu il Azərbaycan COP29-a ev sahibliyi edir. Prezident İlham Əliyev bu ili xüsusi Sərəncamla Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP29 zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər".
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 24 iyun 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Fələstin xalqını və hökumətini Mill

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri son xeberler az xeberler bu gun beynelxalq bank mezenne