Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi
Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Hacan Hacısoyun ailəsindən məlumat verilib. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, bu yaxınlarda Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunmuşdu.
Hacan Hacısoy elm, diplomatiya və ədəbiyyat sahələrində uzun illər fəaliyyət göstərib. O, bir neçə şeir kitabının müəllifi olmaqla yanaşı, çoxsaylı elmi və bədii əsərlər qələmə alıb.
Hacan Hacısoy 1996–2004-cü illərdə Azərbaycanın Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Son illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji fəaliyyətini davam etdirirdi. Onun elmi, ədəbi və diplomatik fəaliyyəti ilə bağlı çoxsaylı kitabları nəşr olunub.

"Çirkin"in aktyoru nişanlandı - Foto
Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv etdi
ABŞ-la danışıqlarda geri çəkilməyəcəyik - Tehran
Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO
Türkiyədə hakim partiyanın yerli təşkilat rəhbəri qohumları ilə birlikdə güllələnərək öldürülüb
İsveç MI6 modelinə bənzər yeni xarici kəşfiyyat xidməti yaradacaq
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
Neft ucuzlaşdı
Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
"Əgər buna imkan versək, Türkiyə də bunu istəyəcək" - Yair Lapid
Zaxarova: KTMT-nin Qarabağ münaqişəsinə qoşulması mümkün deyildi
Ukrayna Kerçə zərbə endirdi: yaralılar var