Azərbaycanın məşhur idmançısı narkotikə görə həbs olundu
Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova həbs olunub.
KONKRET.az-ın Report-a istinadən məlumatına görə, bu barədə Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov açıqlama verib.
Mütəxəssis bildirib ki, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu 9 ay müdddətinə azadlıqdan məhrum edilib.
Kişkilovun sözlərinə görə, hazırda Sliven həbsxanasında olan Kostova dopinq səbəbindən cəzalandırıldıqdan və ötən il Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında qazandığı qızıl medaldan məhrum edildikdən sonra depressiyaya düşüb: "Onun başqa peşəsi yoxdur. Yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar".
Məşqçi titullu atletin bu ilin noyabrında həbsdən çıxacağını söyləyib:
"8 ay Plovdivdə istintaq təcridxanasında oldu. Bir kamerada üç qadın var idi. Həmin dövr çox çətin keçdi. Qadınlardan biri qatil, digəri dələduz idi. Bilmirəm necə sağ qaldı. Depressiyaya düşdü, amma bacardı. O, artıq iki aydır ki, Sliven həbsxanasındadır. Kostova ilə psixoloqlar işləyir. Prokurorluq 3 il həbs istəyirdi, amma bunun baş verməməsi üçün hər şeyi etdim".
Qeyd edək ki, Boynaka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016 – 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək