Azərbaycanın məşhur musiqi qrupları indi haradadırlar?

Azərbaycanın məşhur musiqi qrupları indi haradadırlar?Azərbaycanın məşhur musiqi qrupları indi haradadırlar?
2000-ci illərin əvvəllərində Azərbaycan estradası öz qızıl dövrünü yaşayırdı. Bu gün xalq və əməkdar artist olan məşhurlarımızın bir çoxu o zaman sənət yoluna yeni başlasalar da, aralarındakı güclü rəqabət sayəsində peşəkar işlər ortaya qoyur, tez-tez yeni mahnılar yazdırır, kliplər təqdim edir, konserti konsert ardınca verirdilər.
Həmin ərəfələrdə "Qala", "Şeron", "X-trio", "NM", "N brother", "Kristal", "Dostlar", "W-trio", "Sevən ürəklər" və digər musiqi qrupları yarandı. Bu qruplar həm televiziyalarda, həm də toylardakı çıxışları ilə populyarlaşmışdılar. Bu qruplar arasında çox populyar olanlar da vardı. İndi solo çıxışları ilə tanınan müğənnilərin bir çoxu vaxtilə həmin qrupların üzvləri olublar. 
Xeyli vaxtdır məşhur olan və olmayan bu qrupların bəziləri ya fəaliyyətini dayandırıb, ya da varlıqları ilə yoxluqları bilinmir. Görəsən, indi o qruplar haradadırlar?
"Lent.az"ın əldə etdiyi məlumata görə, keçmiş  qruplardan yalnız Rüstəm Zeynallının rəhbərlik etdiyi "Şeron" fəaliyyətini davam etdirir. Onları ekranlarda çox görməsək də, toy məclislərində fəaldırlar. 2020-ci ildə qrupun üzvlərindən biri, Tərlan Əkbərov vəfat edib.
20 ildir fəaliyyətini davam etdirən "Sevən ürəklər" qrupu üç nəfərdən (Nicat Zeynallı, Nail Yusifov və Şaiq Çələbi) ibarətdir. Qrup kölgədə qalmağın əsas səbəbini telekanalların onlara ögey yanaşmasında görür. "Azərbaycan televiziyalarının bizim klipləri efirə verməməsi və radiolarımızın 150-dən çox mahnımızı efirdə səsləndirməməsi tək problemimizdir".
"N brother"i yaradan prodüser Namiq Qafarovla keçmiş qrup üzvləri arasında qalmaqal yaşanmışdı. 2015-ci ildə birləşib yenidən qrup olmaq istəyən üzvlər köhnə rəhbərləri ilə əlaqə qurmaq istəməmişdilər. Lakin brend Namiq Qafarova aid olduğu üçün cəhd uğursuz alınıb. Namiq Qafarov hazırda başqa uşaqlarla toy bazarında yer qazanmağa çalışır.
Qızlardan ibarət "Kristal" qrupunun qızları ərə gedəndən sonra qrup rəhbəri Mədinə Məlik özü də oxumağa başlayıb və yeni qızlarla yoluna davam etməyə qərar verib. Amma ulduzu parlamayıb. Bu gün adları olsa da, özləri yox kimidirlər.
Dağılan "Qala"qrupundan bircə Ceyhunu ara-sıra efirlərdə görmək olur. Solo fəaliyyət göstərir.
Qrupların dağılma səbəblərinin kökündə bir qədər məşhurlaşdıqdan sonra aralarında yaranmış pulla bağlı mübahisələr, "ulduz xəstəliyi", gənclərin başqa işlərə üstünlük verməsi, solo fəaliyyət göstərməsi dayanır. Əslində qrup rəhbərləri qrup üzvlərinə haqlı olaraq öz kapitalları kimi baxır, onlardan qazanırdılar. Çox zaman tanınmış müğənnilər də qrup adı altında topladığı gəncləri özləri ilə toya aparır, həm toy sahibindən qrupu gətirdiyinə görə əlavə pul alır, həm də özü bir qədər oxuyub, sonra yorulmamaq üçün meydanı onlara təhvil verirdilər. İndi bir çoxları toy tutmaq üçün yarım saatlıq dəvət aldığından belə müşayiətçi qruplara da ehtiyac qalmır.
Qruplar ansambllara çevrilib şadlıq evlərində, restoranlarda gündəlik proramlar göstərməklə qazanc əldə edirlər. Bir növ iş yeri tapıblar. Dövrün tələbinə uymayanlar, tamaşaçını ələ almağı bacarmayanlar, sadəcə meydandan çəkilmək məcburiyyətində qalırlar. Necə deyərlər, hər igidin öz dövranı var.

Şou Biznes       Tarix: 23 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər bugün ən son xəbərlər cəbhədən son görüntülər xəbərlər