Azərbaycanın millisinin rəqibinin beş oyunçusu ZƏHƏRLƏNDİ

Azərbaycanın millisinin rəqibinin beş oyunçusu ZƏHƏRLƏNDİAzərbaycanın qadın voleybol millisinin AVRO-2023-ün təsnifat mərhələsindəki rəqiblərindən olan Avstriyanın əsas heyət üzvlərindən 5-i zəhərlənib.
KONKRET.az xəbər verir ki, bu barədə Avstriya Voleybol Assosiasiyasının rəsmi saytına yığmanın baş məşqçisi Roland Şvab açıqlama verib.
O, Qrats şəhərindəki seçmə oyunda Sloveniyaya 2:3 hesabı ilə uduzmalarını Dana Şmit, Nikolina Maroş, Aida Mehiç, Anna Oberhauzer və Tamina Huberin qarşılaşmadan əvvəl mədə-bağırsaq sistemində problemlər hiss etmələri ilə əlaqələndirib. Bu səbəbdən, Şvab görüşə çətin vəziyyətdə başladıqlarını bildirib:
"Toppaylayıcı Dana Şmit oyuna başlaya bilmədi, bu, komanda üçün ağır zərbə oldu. Lakin sonradan oyuna girdi. Onun üçün asan olmasa da, gözəl oyun nümayiş etdirdi. Dana kimi Nikolina Maros, Aida Mehiç, Anna Oberhauzer və Tamina Huber son 2 gün yataqda olub. Yenə də qələbə qazanmağa çox yaxın idik. Sloveniyaya qarşı ilk oyunla müqayisədə irəliləyiş vardı. 2 setdə onlara qalib gəldik, amma 3 set qalib gəlmək istəyirəm. Qazandığımız bir xal bizi yarışdan qopmamaq üçün saxlayır. Azərbaycanda bizə qələbə lazımır".
Avstriya millisinin liberosu Anna Oberhauzer də zəhərləndiklərindən, oyunun onlar üçün asan keçmədiyini qeyd edib: "Təəssüf ki, düzgün olmayan nə isə yemişdik və oyuna yaxşı formada çıxmamışdıq. Buna baxmayaraq, biz matçda mübarizə apardıq və hətta çox yaxşı voleybol nümayiş etdirdik. Təəssüf ki, 5-ci setdə oyunu qələbə ilə başa vura bilmədik. İndi biz bərpa olunub, Azərbaycanla səfərə başlayacağıq. Ümid edirik ki, bu top-komandaya qarşı xallar toplaya biləcəyik".
Kapitan Nikolina Maroş isə isə bildirib ki, əsas "6-lığ"ın bir çox oyunçusu xəstələndiyindən, oynamaq çətin olub: "Nə etmək olar? Hər hansı xəstəlik olmadan hazırlaşa bilsək, növbəti oyunlarda mütləq daha yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi həm Bakıda, həm də Tbilisidə Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Avstriya isə həm Mariborda, həm də Qratsda Sloveniyaya müvafiq olaraq 0:3 və 2:3 hesabı ilə uduzub. Hazırda Azərbaycan 6 xalla D qrupunda 1-ci, Avstriya 1 xalla sonuncu yeri tutur.
Azərbaycan – Avstriya oyunu avqustun 28-də Bakıdakı Voleybol Mərkəzində keçiriləcək. Görüş saat 18:00-da başlayacaq. AVRO-2023 Belçika, İtaliya, Estoniya və Almaniyada təşkil olunacaq.//Report

İdman       Tarix: 25 avqust 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xabarlar kriminal son xeber.az