Azərbaycanın qadın güləşçiləri Qazaxıstan kubokunda 4 medal qazandı
Azərbaycanın qadın güləşçiləri Qazaxıstanın Almatı şəhərində keçirilən Bolat Turlıxanov Kubokunda 4 medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından KONKRET.az-a bildirilib ki, reytinq turnirində ölkəmizi 6 qadın güləşçi təmsil edib.
50 kq-da Azərbaycanın iki təmsilçisi 1/4 finaldan mübarizəyə qoşulub. Şəhanə Nəzərova qazaxıstanlı Aygül Nuralimə, Türkan Nəsirova isə monqolustanlı Namuuntsetseq Tsoq-Oçirə məğlub olub. Türkanın rəqibi finala yüksəldiyi üçün Azərbacyan güləşçisi bürünc medal görüşünə çıxıb. Aygül Nuralimə minimal fərqlə (4:3) qalib gələn Nəsirova yarışı 3-cü pillədə başa vurub.
53 kq-da Tatyana Varansova ilk mərhələdə özbəkistanlı Aktenqe Keunimjaevaya uduzub. Bu çəkidəki digər təmsilçimiz Leyla Qurbanova hindistanlı Puca Gehlota 7:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında monqolustanlı Bolortuya Bat Oçirlə bacarmayıb. Həmyerlimiz qazaxıstanlı Aişə Ualişanı "tuşe" ilə üstələyərək bürünc medalı boynundan asıb.
Jalə Əliyeva (59 kq) əvvəlcə A qrupunda mübarizə aparıb. Jalə Tsoqzolmaa Dorjsuren (Monqolustan), Ayşən İsmagülova (Qazaxıstan) və Difuzə Aimbetova (Özbəkistan) üzərində qazandığı qələbələrlə qrup qalibi kimi yarımfinala yüksəlib. Qazaxıstanlı Diana Kayumovaya 8:6 hesabıyla qalib gələn Əliyeva finala vəsiqə qazanıb. Həlledici görüşdə hindistanlı Sarita Saritaya uduzan Jalə gümüş medal qazanıb.
Elis Manolova (65 kq) qrup mərhələsində Manişa Manişa (Hindistan), Dinora Rüstəmova (Özbəkistan) və Yelena Şaliginadan (Qazaxıstan) güclü olub. Yarımfinalda Qazaxıstanın digər təmsilçisi Qauxar Mukatayı 9:1 hesabıyla məyus edən millimizin üzvü finalda yenidən Manişa Manişayla qarşılaşıb. Bu dəfə hindistanlı güləşçi revanş alıb. Belədə Elis də komandamızın hesabına gümüş medal yazıb.
Beləliklə, Azərbaycan millisi reytinq turnirində 2 gümüş və 2 bürünc medal əldə edib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi