"Azərbaycanın tərkibində Qarabağın erməni əhalisi azad və firavan həyat sürəcək – Aslanyan
"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb".
KONKRET.azxəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində hakim partiyadan parlamentdə təmsil olunan deputat Akop Aslanyan deyib.
Jurnalistlərin Azərbaycan daxilində erməni əhalisinin hüquqları ilə bağlı sualını cavablandıran deputat bildirib ki:
"Azərbaycan onların hüquqlarını qoruyacaq. İndi 21-ci əsrdə yaşayırıq. Qarabağın erməni əhalisi öz yerlərində azad və firəvan həyat sürəcəklər. Buna Azərbaycan da, beynəlxalq təşkilatlar da təminat verir. Əvvəllər Qarabağ Azərbaycanın tərkibində necə yaşayırdı? Elə də olacaq.
Bundan əvvəl isə Levon Ter-Petrosyan, Robert Köçəryan və başqaları Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıblar. Əgər Robert Köçəryan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımırdısa, niyə Meğrini başqa əraziyə dəyişməyə çalışırdı?
Azərbaycan öz zamanını gözlədi və istədiyinə nail oldu. İndi Ermənistan zəifdir və Azərbaycanın daha çox ərazi qoparmaq imkanı var", – deyə Akop Aslanyan bildirib.
Vəli Həsənov,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi