Azərbaycanın uğurlu enerji siyasəti

Azərbaycanın uğurlu enerji siyasəti1994-cü il mayın 24-də Bakıda ilk dəfə neft-qaz sərgisi keçirildi. Həmin tədbir ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki sərgidə Ümummilli Lider Heydər Əliyev iştirak və çıxış etmişdi. Ötən illər ərzində sərgi məkan və mahiyyətini dəyişməyib. Onun əhatə dairəsi genişlənib, əhəmiyyəti artıb və buna uyğun olaraq adı da təkmilləşib. Xəzər Neft-Qaz sərgisinin də müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Çünki 1994-cü ildə mövcud olan şəraitdə belə bir tədbirin baş tutması yalnız Ulu Öndərin dünyadakı nüfuzu, fövqəladə təşkilatçılığı və sonsuz qətiyyətinin nəticəsi idi.
Cari ilin 31 may tarixində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgiləri əvvəlkilərlə müqayisədə daha əlamətdardır. Ona görə ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi keçirilir, eyni zamanda əgər ötən il sərgilərə 30 ölkədən 249 şirkət qatılmışdısa, artıq bu dəfə 38 ölkədən 331 şirkət iştirak edirdi. Bu da tədbirə olan beynəlxalq marağın ildən-ilə yüksəldiyini və artan əhəmiyyətini göstərir.
Dövlət başçısı builki tədbirdə alternativ enerji sahəsində fəaliyyət göstərən daha çox şirkətin iştirak etməsindən məmnunluğunu ifadə edib: "Enerji təhlükəsizliyi sadəcə dəhlizlərin şaxələndirilməsi deyil, bu mənbələrin şaxələndirilməsidir. Mən düşünürəm ki, hər kəs bunu aydın şəkildə görür ki, bizim durumumuzda bu hər ikisidir – dəhlizlərin şaxələndirilməsi, mənbələrin şaxələndirilməsi. Həmçinin şirkətlər, ölkələr, beynəlxalq maliyyə institutları arasında çox sadiq komanda işi olmalıdır. Biz həqiqətən də komanda kimi işlədik. Çünki bizim 1 hədəfimiz var – enerji təhlükəsizliyini necə gücləndirə bilərik, bir-birimizə çətinliklərin öhdəsindən gəlməyə necə yardım edə bilərik?"
Ölkəmizdə yaradılan əlverişli investisiya mühitini daim önə çəkən Prezident İlham Əliyev gələcək inkişafı təmin etmək üçün xarici bazarlara daha böyük diqqət göstərməyin vacibliyini bildirir. Neft-Qaz amili ölkəmizə böyük canlanma gətirib. Azərbaycanın timsalında uğurlu neft siyasətinin təzahürünü görürük. Ölkəmiz qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Belə ki, «Əsrin müqaviləsi»nın imzalandığı 1994-cü ildə ölkəmizin imkanları o qədər də böyük deyildi. Buna baxmayaraq, investorlar üçün gözəl şərtlər təqdim edilmişdir. Hazırda ölkəmizin uğurlu enerji siyasəti Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün Cənub Qaz Dəhlizinin uğurlarından, eyni zamanda, iştirakçı dövlətlərin coğrafiyasının genişləndirilməsindən bəhs edirik. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi əməkdaşlıq əlaqələrinin genişlənməsində öz sözunü deyir.
Otuz ilə yaxındır energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, indi isə yalnız energetika sahəsi ilə kifayətlənməyib, əməkdaşlığın şaxələndirildiyini qeyd edən Azərbaycan Prezidenti bildirib: "ABŞ və Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft və qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər".
Ölkə rəhbəri çıxışında respublikamızda bərpaolunan enerji layihələrinin reallaşdırılmasının prioritet istiqamət olduğu barədə də ətraflı məlumat verərək, bu sahənin inkişafını, sözügedən istiqamətdə tədbirlərin geniş¬ləndirilməsini daim diqqət mərkəzində saxladığını vurğulayıb. Prezident İlham Əliyev daha sonra ötən ilin dekabr ayında Buxarest şəhərində "yaşıl enerji"yə dair mühüm tədbir keçirildiyini, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın bir araya gəldiyini, həmçinin Avropa Komissiyasının Prezidentinin də həmin tədbirdə iştirak etdiyini, orada "yaşıl enerji"yə və transmissiyaya dair müvafiq sənəd im¬zalandığını xatırladıb: "Biz indi elə bir mərhələdəyik ki, layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir". 
Prezident İlham Əliyevin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində atdığı addımlar dövlətin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, eyni zamanda etibarlı tərəfdaş imicinin formalaşmasını təmin edir. Bəli, dövlətimizin başçısının müdrik siyasəti ilə Azərbaycanda hazırda nəhəng enerji infrastrukturu yaradılıb və bununla da, Avrasiyanın enerji xəritəsi dəyişdirilib. Bu gün respublikamız tərəfindən isteh¬salçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradılıb. 
Malik Məmmədov 
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər  inzibati ərazi dairəsi üzrə nümayəndəsi / azxeber.com

Siyasi       Tarix: 03 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məh

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar

Rusiya avropalıların Ukraynada dərhal atəşkəs elan edilməsi ilə bağlı tələbləri ilə razılaşmayacaq, çünki Brüssel sadəcə vaxt qazanmağa çalışır. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavro


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal xeber ən son xəbər cəbhədən son məlumatlar butun xeberler