Azərbaycanın xarici siyasətindəki ən mühüm istiqamətlər: Uğurun sirri - ŞƏRH

Azərbaycanın xarici siyasətindəki ən mühüm istiqamətlər: Uğurun sirri - ŞƏRHBu gün Azərbaycanın xarici siyasətini qüsursuz adlandırmaq olar – bu, birmənalıdır və əlavə şərhə ehtiyac yoxdur. Prezident İlham Əliyevin təyin etdiyi xarici siyasət gələcəyə hesablanmış strateji xəttin mühüm tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsində dövlətimiz 30 ildən artıqdır davam edən ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Artıq bununla bağlı kifayət qədər əsaslandırılmış məqalələr, əsərlər yazılıb, bu misilsiz nailiyyətlər dünyanın aparıcı beyin mərkəzlərinin hesabatlarında öz əksini tapıb, dövlət başçılarının, nüfuzlu siyasətçilərin, tanınmış analitik və politoloqların şərhlərində xüsusi olaraq qeyd edilib.
Lakin regionda baş verən proseslər onu göstərdi ki, müharibə bitsə də, yeni reallıqlar daha çevik olmağı tələb edir. Ölkənin xaricin siyasət kursu hazırda bu detalları əsas gətirərək səfərbər olunub.
Mövcud təzyiqlərə qarşı region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıqlar dərinləşdirilir. Qoşulmama hərəkatına Azərbaycanın uğurla rəhbərlik etməsi bunun bariz nümunəsidir.
Azərbaycanın xarici siyasətindəki ən mühüm istiqamətlər: Uğurun sirri - ŞƏRHÜmumiyyətlə, XX yüzilliyin sonunda dünyada baş verən qlobal proseslərin ilk illərində Azərbaycana rəhbərlik edənlər böyük uğursuzluqlara uğrasa da, məhz ulu öndər Heydər Əliyevin sayəsində ölkəmiz bu çətin sınaqlardan üzüağ çıxdı. Ümummilli liderin ilk illərdə xarici siyasətində dövlət müstəqilliyinin qorunması məqsədilə region dövlətlərlə daha sıx əlaqələr yaratması böyük dönüş yaratdı. Sonrakı proseslərdə Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin əsas istiqaməti Qarabağda erməni separatizmi və Ermənistanın hərbi təcavüzü ilə bağlı oldu.
Bu təcavüz nəticəsində dərinləşən ciddi siyasi və iqtisadi problemlər beynəlxalq aləmə bir qərinə zaman kəsiyində çatdırıldı. Təcavüzün və millətçi separatizmin qarşısını almaq, dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiya prosesi sürətləndi. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də ardıcıl və fəal xarici siyasət həyata keçirməklə beynəlxalq birliyin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini dərinləşdirdi. İlham Əliyev elə bir siyasət yürütdü ki, xalqımızın milli maraqları dünya dövlətlərinin kəsişən və toqquşan mənafeləri ilə uzlaşdırıldı. Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə beynəlxalq təminat almaq üçün çox ciddi səylər göstərildi və bunun nəticəsi olaraq 44 günlük müharibədə və ondan sonrakı hərbi və antiterror əməliyyatlarında tarixi qələbələr əldə edildi.
Azərbaycanın xarici siyasətindəki ən mühüm istiqamətlər: Uğurun sirri - ŞƏRHİndi qarşıda duran əsas məqsəd Fransa və onun müttəfiqlərinin regiona burun soxmasına, dövlət başçısının dediyi ki, bölgədə qarşıdurma yaratmaq cəhdlərinə qarşı daha düşünülmüş addımların atılmasıdır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan öz çıxışlarında bu məsələlərə daim diqqət yetirir, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi məqsədilə zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi düzgün dəyərləndirir. Artıq yeni reallıqlar daha təsirli xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradıb.
Çox təəssüflər olsun ki, Azərbaycanın qələbəsinə qısqanclıqla yanaşan Fransa kimi Qərb dövlətləri ölkəmizi haqsız yerə ittiham edir, dövlətimizin nüfuzunu zədələmək üçün imkanlarından geniş şəkildə istifadə edir. Azərbaycanın hücum diplomatiyası dünyada cərəyan edən prosesləri nəzərə almaqla xalqımızın və dövlətimizin maraqlarına tam uyğunlaşdırıldığı üçün bu sahədə də mühüm qələbələr qazandıq. İlham Əliyev bir strateq kimi bütün incəlikləri nəzərə aldı. Fransaya qarşı bir çox dövlətlərin mənfi münasibətini, rəsmi Parisin hələ də imperialist niyyətini beynəlxalq arenada qabarda bildi.
Bu gün artıq Azərbaycanın güclü müttəfiqləri də bilir ki, ölkəmiz ümumbəşəri dəyərlərə sadiqdir, özünün geniş iqtisadi potensialını hərəkətə gətirərək dünyada gedən qlobal proseslərə öz töhfəsini verir. Azərbaycan uzun illərdir, qabaqcıl texnologiyaları iqtisadiyyata cəlb etmək üçün maliyyə imkanlarını səfərbər edir. Bu səfərbərlik isə xarisi siyasətin çevikliyi ilə birbaşa əlaqəlidir.
Azərbaycanın xarici siyasətindəki ən mühüm istiqamətlər: Uğurun sirri - ŞƏRHBu gün həmin siyasətin nəticəsidir ki, ölkəmiz Şərqlə Qərb arasında mühüm körpü rolunu oynamaqda davam edir. Azərbaycan bu gün də Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutur. Respublikamızın dünya ölkələri ilə inteqrasiyası daha da dərinləşir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir. Görülən tədbirlər, keçirilən görüşlər, gərgin iş qrafikləri bir məqsədə xidmət edir: Dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişafı dayanmasın, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq daha da genişləndirilsin, BMT, ATƏT və İKT-nin üzvü olan ölkələrlə, eləcə də Avropa Birliyində təmsil olunan başqa dövlətlərlə, NATO və başqa təşkilatlarla əlaqələr daha da sıxlaşsın.
Azərbaycan dövlətinin sükanı arxasında məğrur dayanan İlham Əliyev müdrikcəsinə başa düşür ki, yaşadığımız dövlət mühüm coğrafi-strateji məkanda yerləşir. Bu üstünlüyü dövlət olaraq həm də tərəfdaşlarımızla maksimum dərəcədə paylaşmağı sevirik. Bu amil isə təhlükəsizliyinin təmin olunması istiqamətinə yönəlib. Hələ 1994-cü ildən başlayaraq NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində fəaliyyət bu gün də uğurla davam edir.
Azərbaycan dünya siyasətinin güc mərkəzləri olan ABŞ, Rusiya, Avropa Birliyi, Cənub-Şərqi Asiya ölkələri ilə bərabərhüquqlu əlaqələr yarada bilib ki, bu da real dünyada olduqca çətin və vacib detallardan sayılır. Dövlətimizin xarici siyasət idarəsi və təhlükəsizlik sahələri ilə bağlı olan qurumları Amerika, Avropa və Asiya modellərinin zəif və üstün cəhətlərini çox yaxşı bilir. Onu da qəbul edirik ki, dünya dövlətləri sırasında hərbi cəhətdən çox güclü olan ABŞ-la siyasi münasibətlər soyuqlaşıb. Ancaq məsələnin digər tərəfi odur ki, rəsmi Bakı heç bir dövlətin təsirinə düşməmək, regionda və dünyada müstəqil siyasət yeritmək üçün mühüm rıçaqlara malikdir. Regional münaqişələrin həllində Azərbaycanın mövqeyi getdikcə artdığına görə kollektiv Qərbin əli-qolu bağlanıb. Şərqdəki ağır böhran, İrana qarşı sərtləşən yanaşma, Çin və Hindistan kimi nəhəng oyunçuların meydana atılması Azərbaycanda yeni siyasi konturları aktivləşdirdi. Cənub-Şərqi Asiya ölkələri – Yaponiya, Çin, Cənubi Koreya ilə daha dərin əlaqələr qurulmağa başladı.
Azərbaycanın xarici siyasətindəki ən mühüm istiqamətlər: Uğurun sirri - ŞƏRHÇünki mühüm, ənənəvi hərbi-siyasi və iqtisadi güc mərkəzlərindən olan ABŞ, Avropa Birliyi və Rusiyaya qarşı rəqabətdə Asiya-Sakit okean ölkələri də cəlbedici görünürdü. Azərbaycanın bu ölkələrlə sıx iqtisadi inteqrasiyası nəticəsində mühüm siyasi, iqtisadi dividentlər əldə etdik. Məlumdur ki, adını çəkdiyimiz bu möhtəşəm layihələr Avropa Birliyinə və Şimali Amerika azad ticarət zonasına bir növ meydan oxuyur.
Bu baxımdan müvafiq dövlətlərlə əlaqələr və münasibətlər strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də sadalanan amillər sisteminin təsiri altında baş verdi. Avropa ilə Asiyanın qovşağında strateji baxımdan əlverişli, mühüm geostrateji mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün sahələrində özünəməxsus xüsusiyyətləri yaşadır. Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri də əxz edərək, dünya birliyinə uğurla inteqrasiya olunur.
Azərbaycanın bir uğuru da odur ki, xarici siyasət sahəsində hər hansı bir qütbə və yaxud istiqamətə açıq meyl etmir. Ancaq və ancaq balanslı və tarazlı siyasi kurs seçilib.
Bu mənada tam əminliklə demək olar ki, İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Dövlət başçımızın məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti növbəti illərdə də ölkəmizin hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərini möhkəmləndirəcək.
Vəli Həsənov,
KONKRET.az
Azərbaycanın xarici siyasətindəki ən mühüm istiqamətlər: Uğurun sirri - ŞƏRHP.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Siyasi     Baxılıb: 158   Tarix: 02 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

DTX Ramiz Mehdiyev və Qənimət Zahidin səs yazılarını yaydı

Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyevlə bağlı səs yazılarını yayıb. xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin bu gün yaydığı məlumatda Ramiz Mehdiyevin telefon danışığı açıqlanıb. Bundan başqa

Hakan Fidan Azərbaycan-ABŞ münasibətlərindən danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda sülhün dəstəklənməsi və Azərbaycan-ABŞ əlaqələrindən danışıb. Fidan bu barədə "CNN Türk" telekanalının canlı efirində qeyd edib. O, sülh prosesində Türkiy

DTX onları axtarışa verdi - RƏSMİ

Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov, İbrahim Məmməd və Eldar Əmirov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkd

Zelenski ABŞ-ın təzyiqləri barədə danışdı: "Sülh sazişi üçün vaxt çərçivəsi qoyulub"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Ukrayna–Rusiya münaqişəsinin həlli ilə bağlı prosesə göstərdiyi təzyiqlər barədə açıqlama verib. Onun sözlərinə görə, ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkiləri Vaşinqtond

İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, hə

18 il sonra ilk dəfə... - Fotolar

Məlum olduğu kimi, bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens Azərbaycana rəsmi səfər edib. KONKRET.azxəbər verir ki, bu, son 18 ildə ABŞ vitse-prezidentinin ölkəmizə ilk belə səfəridir. Belə ki, sonuncu dəfə səfər 2008-c

Paşinyandan Azərbaycanla bağlı SON DƏQİQƏ açıqlaması: "Öz ərazisi üzərindən üçüncü ölkələrə..."

Azərbaycan Ermənistan məhsullarının öz ərazisi üzərindən üçüncü ölkələrə ixracına icazə verib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasına verdiyi müsahibədə açıqlama verib. Onun sözlərin

Abbas Abbasov barəsində qiyabi həbs qərarı verilib

Abbas Abbasov barəsində qiyabi həbs qərarı verilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumatda deyilir. Bildirilib ki, Abbas Abbasov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti

İlham Əliyev: 2032-ci ilə qədər əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq

Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edən ölkələr COP keçirsə də, media hücumlarına məruz qalmayıblar.  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərl


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi banklar xəbərlər son xabarlar xeberler bu gun