Azərbaycanlı boksçu Avropa çempionatındakı qələbəsini şəhidlərə həsr etdi
"Qələbəmi 44 günlük Vətən Müharibəsinin şəhidlərinə həsr edirəm".
KONKRET.az-ın məlumatına görə, bunu Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionu titulunu qazanan Nicat Hüseynov federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib.
51 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa yollanmazdan əvvəl də hədəfinin çempionluq olduğunu bildirib: "Şükürlər olsun, bunu bacardım. Qələbəmi şəhidlərimizə həsr edirəm. Biz həmişə onlara borcluyuq. Ən böyük zəfəri onlar qazanıblar".
Hüseynov ilk döyüşündə irlandiyalı Antonio Payva ilə üz-üzə gəldiyini xatırladıb: "Rəqib bir az hissiyyatlı idi. Amma layiqli döyüşüb, ondan güclü olduğumu nümayiş etdirdim".
Boksçu ən çətin görüşünün yarımfinala təsadüf etdiyini söyləyib: "Türkiyəli Mehmethan Çinarla görüşüm gərgin və ağır keçdi. Rinqə də bədən ağrısı ilə çıxmışdım. Öz üslubumda döyüşərək finala yüksəldim".
Hüseynov finalda gürcüstanlı Lekso Xasaya üzərində qələbəsinin sirrini də açıqlayıb: "Finala çox yaxşı köklənmişdim, döyüşə həvəslə çıxdım. Görüş gərgin alınsa da, tezliklə üstünlüyü ələ aldım. Raundları xeyrimə bitirdim. Məqsədim qızıl medal qazanmaq idi və onu da götürüb, gəlirəm".
Daha əvvəl dünya və Avropa birinciliklərinin bürünc medalını qazanan idmançı gələcək hədəflərini də açıqlayıb.
Vüqar Ağalarovun yetirməsi olan Hüseynov bildirib ki, əsas arzusu Azərbaycan boks tarixinə olimpiya çempionu kimi düşməkdir: "Qatılacağım bütün yarışlarda Azərbaycan himnini səsləndirmək istəyirəm. Ən böyük arzum isə Paris-2024 Yay Olimpiya Oyunlarında çempion olub, ölkə boksunda tarix yazmaqdır".
Qeyd edək ki, Avropa çempionatına 7 boksçu ilə yollanan milli komanda yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu