Azərbaycanlı döyüşçü Moskvada rusiyalıya qalib gəldi – YENİLƏNİB + VİDEO
Yüngül çəkidə (70,8 kq) titul döyüşündə azərbaycanlı döyüşçü Nəriman Abbasov Moskvada növbəti qələbəsini qazanıb.
KONKRET.az xəbər verir ki, 5 raundluq görüşdə onun rəqibi rusiyalı Marif Pirayev olub. Döyüş Nərimanın inamlı qələbəsi ilə başa çatıb: ikinci raunddan sonra rəqibinin köməkçiləri ağ dəsmal atıblar.
Bu, Nəriman Abbasovun 31-ci döyüşü olub. Onun hesabında 28 qələbə və 3 məğlubiyyət var.
***
00:28
Moskvada, İrina Viner-Usmanova sarayında "AMC FIGHT NIGHTS 112" qarışıq döyüş gecəsi keçirilir. Azərbaycanlı döyüşçü Nəriman Abbasovla rusiyalı döyüşçü Marif Pirayev üz-üzə gəlir.
KONKRET.az xəbər verir ki, 77,6 kq çəki dərəcəsində daha bir azərbaycanlı döyüşçü Tahir Abdullayev rusiyalı Maksim Butorinlə döyüşüb. 3 raundluq mübarizə Abdullayevin aşkar üstünlüyü ilə keçib və nəticədə hakimlər yekdilliklə qələbəni azərbaycanlıya veriblər.
25 yaşlı Abdullayev üçün bu, peşəkar karyerasında 14-cü döyüş olub. Onun hesabında 13 qələbə və 1 məğlubiyyət var.
Roman Göytürk,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi