Azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabına daxil edildi

Azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabına daxil edildiAzərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun adı Ginnesin Rekordlar Kitabına daxil edilib.
KONKRET.az xəbər verir ki, bu barədə mütəxəssisin 85 illiyi münasibətilə keçirilən tədbirdə məlumat verilib.
Yığıncaqda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, Beynəlxalq Şahmat Federasiyasının sabiq rəhbəri Kirsan İlyumjinov, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili, beşqat dünya çempionu, qadın şahmatının əfsanəsi Nona Qaprindaşvili, milli komandanın üzvü Şəhriyar Məmmədyarov və digərləri iştirak ediblər.
Mərasimdə yubilyarın adının ən uzun müddətli hakim kimi Ginnesin Rekordlar Kitabına daxil edildiyi elan olunub. Çıxış edən "Guinness World Records"un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib.
Beləliklə, Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rəsmən təsdiqlənib. O, 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur Ginnesin Rekordlar Kitabına düşüb. Bununla bağlı "Guinness World Records"un rəsmisi səbəbkara sertifikat təqdim edib.
Qeyd edək ki, tədbir iştirakçıları bu günlərdə 40 yaşı tamam olan üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu Şəhriyar Məmmədyarovu da təbrik edib.

İdman       Tarix: 14 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Millimizə məğlubiyyətdən sonra istefaya göndərildi

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb. -a istinadla xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası (LFF) məlumat yayıb. Yankauskasın istefaya göndərilməsi haqda qərar onun iştirakı il

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az apa.az xeberler metbuat axsam.az xeberler