Azərbaycanlılar Britaniya parlamentinə və daxili işlər nazirinə müraciət etdi

Azərbaycanlılar Britaniya parlamentinə və daxili işlər nazirinə müraciət etdiBritaniya Azərbaycanlılarının Koordinasiya Şurası Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu ilə əlaqədar bu ölkənin parlamentinə və daxili işlər naziri Priti Patelə müraciət edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 
Müraciətdə Azərbaycanın tolerant ölkə olduğu və hər cür radikallığa qarşı olduğu vurğulanıb. Həmçinin Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının Londonun mərkəzi küçələrindən birində yerləşən Azərbaycan səfirliyinə edilmiş hücumu şiddətlə qınadığı, bu vandalizm aktının beynəlxalq hüquq normalarını, eləcə də Vyana Konvensiyasını kobudcasına pozduğu, Azərbaycanın dövlət atributlarına və ərazisinə təcavüz olduğu bildirilib.
"Biz bunu qətiyyətlə pisləyirik. Bu cür əməllər xalqımızın radikal dini ideologiyaya və onların tətbiq etməyə çalışdığı zülmə qarşı birgə mübarizə əzmini daha da gücləndirəcək", - qeyd olunub.
Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsindəki boşluğu üzə çıxardığı və ev sahibi ölkənin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirləri görməli olduğu qeyd edilib:
"Azərbaycan Respublikası hər cür dini ekstremizmə qarşı çıxan tolerant, dünyəvi dövlətdir. Bu hücum Azərbaycanın Cənub-Şərqi Avropaya tədarük təmin etmək üçün neft-qaz sektorunda Aİ ilə əlaqələrini daha da inkişaf etdirməsi və Aİ-nin himayəsi altında Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının həlledici mərhələyə çatması ilə eyni vaxta təsadüf edir, böyük ehtimalla bu imkanları sıradan çıxarmaq, Birləşmiş Krallıqla Azərbaycan arasında gündən-günə inkişaf edən münasibətləri korlamaq və Böyük Britaniyanı qeyri-sabit ölkə kimi təqdim etmək məqsədi daşıyır".
Böyük Britaniyada yaşayan azərbaycanlılar ölkədə diplomatik-siyasi sabitliyin bərpa olunması məqsədilə radikal kriminal qruplaşmanın üzvlərinin ölkədən çıxarılmasını tələb ediblər.

Sosial       Tarix: 06 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər xeberler bugun 2026 valyuta mezennesi 2026 cəbhədən görüntülər