Azərbaycanlıları xilas edəcək təyyarə və ekipajın İLK GÖRÜNTÜLƏRİ
Xəbər verdiyimiz kimi, yeni tip koronavirusun yayıldığı Çinin Vuhan şəhərindən bir neçə ölkənin vətəndaşlarını təxliyə etmək üçün hazırlanan "Koca Yusuf" əməliyyatının tətbiqinə start verilib.
Publika.az xəbər verir ki, Türkiyənin Kayseri 12-ci Hava Nəqliyyatı Əsas Hərbi Baza Komandanlığından Erimesqut Hərbi Hava Limanına gələn Türkiyə Hava Qüvvələrinə məxsus "A400M" tipli yük təyyarəsi burada yanacaqla təmin olunub.
Daha sonra Çinə gedəcək ekipaj üçün qoruyucu geyimlər, maskalar, dezinfeksiya vasitələri, tibbi ləvazimatlar və ərzaq yüklənib. Türkiyə Səhiyyə Nazirliyi tərəfindən Çinə göndəriləcək humanitar tibbi yardım da yerləşdirilib.
Təyyarədə 2 epidemioloji mütəxəssis, 4 tibb bacısı və digər tibb işçiləri xidmət göstərəcək.
Qeyd edək ki, əməliyyat çərçivəsində 34 Türkiyə vətəndaşı, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşı təxliyə olunacaq.
Həmin şəxslər Türkiyəyə gətirildikdən sonra Ankarada xüsusi təcrid edilmiş xəstəxanada 14 gün saxlanacaq.
Xatırladaq ki, təyyarə Türkiyə vaxtilə 10:00-da yola düşüb.
Ambulansa çevrilmiş "A400M" tipli yük təyyarəsinin görüntülərini təqdim edirik:






.jpg)

Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi