Azərbaycanlını qətlə yetirən polisin arvadı yalan ifadə verib - RƏSMİ
Rusiyanın Novosibirsk vilayətində azərbaycanlı gənci ehtiyatsızlıq səbəbindən qətlə yetirmiş yol polisinin həyat yoldaşına qarşı hədə-qorxu gəlinməsi barədə xəbərlər həqiqətə uyğun deyil.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, hadisəni törətmiş yol polisinin həyat yoldaşı vəkilinin məsləhəti ilə ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün yalan bəyanatla çıxış edib. Əslində isə nə o, nə də qohumları heç kim tərəfindən hədələnməyib.
Rusiya DİN jurnalistləri və bloqerləri vəziyyətdən sui-istifadə etməməyə və rəsmi məlumatlara əsaslanmağa çağırıb.
Xatırladaq ki, hadisə mayın 28-da baş verib. Hərəkətdə olan "Toyota" avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd göstəriblər. Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalısan 19 yaşlı Vəkil Abdullayevin baş nahiyəsindən güllə ilə vurub. V.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bundan sonra A.Qusyevin həyat yoldaşı azərbaycanlılar tərəfindən hədələnməsi barədə jurnalistlərə məlumat verib.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər