Azərbaycanlının qanı üzərində karyera quran keçmiş CASUS QADIN KİMDİR? - ŞOK DETALLAR (VİDEO)

Azərbaycanlının qanı üzərində karyera quran keçmiş CASUS QADIN KİMDİR? - ŞOK DETALLAR (VİDEO)Video əlavə olunub.

xxx
"Russia Today"in müxbiri, Rusiya Federasiyası İctimai Palatasının üzvü, Dövlət Dumasının "Yedinaya Rossiya" dan deputatlığa namizəd Mariya Butina Novosibirskdə azərbaycanlı gəncin başına güllə ilə guya təsadüfən xəsarət yetirmiş yol polisi əməkdaşını müdafiə edib. Butina təkcə polisə qarşı irəli sürülən bütün ittihamları götürməyi yox, həm də onu "xidmətə görə mükafatlandırmağı"təklif edib. "Başqa yol yoxdur", - deyə o əminliklə bildirib.
Xatırladaq ki, mayın 28-də Novosibirskdə faciə baş verib. Sürücünün tutulması zamanı polis təsadüfən atəş açıb və 19 yaşlı Vəkil Abdullayev həlak olub.
Rusiya İstintaq Komitəsinin ilkin versiyasına görə, "göstərilən müqaviməti dəf edərkən, polis əməkdaşı öz səlahiyyətlərindən kənara çıxaraq 19 yaşlı oğlana qarşı zorakılıqdan istifadə edib, zərərçəkənə əlləri və ayaqları ilə zərbələr vurub. Sonra o, PM markalı tabel silahını koburdan çıxararaq onu döyüş vəziyyətinə gətirib və qurbanına tərəf yönəldib. Və hansısa məqamda polis qeyri-ixtiyari tapançanın tətiyini çəkib, nəticədə zərərçəkən başından güllə yarası alıb".
İstintaq Komitəsi əvvəlcə baş leytenant Aleksandr Qusevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsinə (vəzifəsindən sui-istifadə) və 118-ci maddəsinin 1-ci hissəsinə (ehtiyatsızlıqdan ağır bədən xəsarəti yetirmək) əsasən cinayət işi açıb. V.Abdullayevin ölümü ilə əlaqəli məlumat verildikdən sonra isə təqsirləndirilən şəxsin hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsindən 109-cu maddənin 1-ci hissəsinə tövsif edilib.
İstintaq davam edir. Lakin bu normal və sağlam düşüncəli insanlar, belə hallarda vaxt keçdikcə nəticə çıxarmaqda tələsməməyə üstünlük verirlər. "Cücə Margo Simonyan" kimi haypozhorlar isə artıq insan faciəsindən və qanından siyasi kapital qazanmağa çalışırlar. Özü də ən çirkli üsulla. Millətlərarası ədavəti qızışdırmaqla. Guya rus polisi ona hücum edən azərbaycanlını öldürüb və düz edib.
Bir müddət əvvəl Butinanı demək olar ki, milli qəhrəmana çevirməyə çalışdılar. Bəs necə, ABŞ-da işləyib, həbs olunub, il yarım Amerika həbsxanasında yatıb. Düzdür, o həmin müddətdə susurdu, amma istintaq zamanı ilk günlərdən hər şeyi və hər kəsi satdı. Sonra ümumiyyətlə, istintaqla sövdələşməyə getdi. Və bundan bu barədə bilməli olan şəxslərin hamısının məlumatı vardı. Yəni hər şeyi çox yaxşı bilirdilər və bu səbəbdən də "Rusiyanın xeyrinə Amerikadakı fəaliyyəti üçün" mükafat almadı, onu Margo Simonyanın ofisində "dolma hazırlamağa " göndərməklə kifayətləndilər.
Ancaq bu, Butina üçün yetərli deyildi. O, ciddi şəkildə inanır ki, daha çox şeyə layiqdir. Və "casus-qəhrəman" isti bir siyasi kreslo axtarmağa başladı. İndi o gah Rusiya Federasiyasındakı İnsan Hüquqları üzrə Müvəkkil yanında ekspert məclisində, gah da İctimai Palatada - hansı ki, xaricdəki Rusiya vətəndaşlarının hüquqlarını və mənafelərini qorumaq və Rusiya həbsxana sistemi üzrə məhz burada ixtisaslaşdığını iddia edir, - peyda olur.
Butinanın bu sahədə qazandığı uğurlar barədə heç nə məlum deyil. Amma qəhrəmanın həvəsi və ambisiyaları nəzərə alınıb. Mayın 31-də məlum olub ki, Butina Kirov vilayətində Dövlət Dumasına seçkilər üzrə "Vahid Rusiya" praymerizini qazanıb.
Onun çıxış etdiyi seçkiqabağı proqramın tərkib hissəsi olan hər iki bənd gözəldir: 1 nömrəli istintaq təcridxanasını Kirovun hüdudlarından kənara çıxarmaq, onun yerində isə dövlət hesabına art-məkan yaratmaq. Gördüyünüz kimi, Altay Dövlət Universitetinin "politologiya" və "pedaqogika" ixtisasları üzrə qırmızı diplomlu məzunu üçün təfəkkürün dərinliyi sadəcə heyrətləndirir.
Ancaq onun son açıqlaması daha təəccüblüdür. İndi baş verən faciə ilə bağlı xal toplamağa çalışan bu dar düşüncəli qəhrəman, hər hansı bir təzahüründə milliyyətçiliyin nə qədər təhlükəli, ikitərəfli iti silah olduğu və istifadəsinin Rusiya üçün necə dağıdıcı nəticələrə səbəb ola biləcəyi barədə kiçicik anlayışa belə sahib deyil. Bunun üçün onun sadəcə zəkası çatmır.
Görünür, intellektual qeyri-adekvatlıq həm Margo Simonyanın kontorunda işləmək, həm də praymerizdə qələbə qazanmaq üçün əsas şərtdir… / Virtualaz.org /publika.az

Dünya       Tarix: 03 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber en sonxeber son xeberler bugun ən son xəbərlər