Azercell COP29 ərəfəsində "Turist" tariflərini yeniləyib

Azercell COP29 ərəfəsində Ölkəmizə səfər edəcək xarici qonaqlar üçün telekommunikasiya xidmətləri Azercell ilə artıq daha rahat və əlçatandır.
Azercell şirkəti 8 oktyabr 2024-cü il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid "Turist" tarif paketlərini yeniləyərək daha sərfəli və rahat istifadə imkanları təqdim edir.
Ölkə qonaqlarının mobil internetdən istifadəyə üstünlük verdiyini diqqət mərkəzində saxlayan Azercell "Turist" tariflərində bu xidmətdən istifadə imkanlarını genişləndirir. Yenilənmiş tariflər çərçivəsində sosial media üçün nəzərdə tutulan internet həcmi ümumi istifadə üçün ayrılan internet həcmi ilə birləşdirilir. Nəticədə "Xoş gəldin", "Super" və "Maks" tariflərində ümumi istifadə üçün nəzərdə tutulan internet həcmi 2 dəfə artırılır.
İndi "Xoş gəldin" tarifinin istifadəçiləri ay ərzində 30 GB internet, "Super" tarifinin istifadəçiləri 60 GB internet və "Maks" tarifinin istifadəçiləri 120 GB internet həcmindən yararlana bilərlər.
Eyni zamanda, "Turist" nömrələri və tarif paketlərinin istifadə müddəti 15 gündən 30 günə qədər uzadılır. Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi olan əcnəbi vətəndaşlar 30 günlük müddət bitdikdən sonra müvafiq sənədlər təqdim edərək "Turist" və digər tariflərdən istifadəni davam etdirə biləcəklər.
Qeyd edək ki, "Turist" tarif paketlərinə qoşulmaq üçün əcnəbi vətəndaşlar xarici pasport ilə istənilən Azercell Eksklüziv ofislərinə və ya rəsmi dilerlərinə müraciət edə bilərlər.
Azercell-in rəsmi veb-səhifəsinə keçid edərək tariflər barədə daha ətraflı məlumatla tanış olmaq mümkündür.
Qeyd edək ki, bu yeniliklər Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP29) və digər beynəlxalq tədbirlər ilə əlaqədar həyata keçirilir.
Azercell COP29 ərəfəsində / azxeber.com

İqtisadiyyat       Tarix: 10 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Mərkəzi Bankda 'Manato' üzrə daxil olan şikayətlər araşdırılır

Son illər Azərbaycanda onlayn kredit xidmətlərindən istifadə edən vətəndaşların sayı artdıqca, bu sahə ilə bağlı şikayət və narazılıqlar da gündəmə gəlir. Belə ki, bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti,

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi

"Azercell Telekom" MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 1002:2018 "Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrd

Azercell və AWS-dən Azərbaycan dilinə yönəlmiş texnoloji yenilik

Azercell Telekom Azərbaycan dili üçün süni intellekt imkanlarının inkişafı istiqamətində mühüm addım atıb. Şirkət Amazon Web Services (AWS) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində böyük dil modellərinin (LLM) təlim

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyər

Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb. xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,94 dollar azalaraq 93,09 dollar olub

Bakcell "Signature Gala Night" tədbirinin tərəfdaşı oldu - FOTOLAR

Bakcell mədəniyyət və incəsənətin inkişafına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən "Signature Gala Night" tədbirinə tərəfdaşlıq edib

"Azərlotereya" və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR

"Azərlotereya"nın "Media klub" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib. xəbə

Neftdən asılılığın azalması davam edir – Yeni göstəricilər açıqlandı

"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb" . xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasınd

"Kontakt" Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

Qarabağda baş verən yeniliklərin bir ünvanı da Xankəndidir. Bu inkişafın bir parçası olaraq sevindirən şəbəkə "Kontakt" Xankəndidə ilk mağazasının açılışına hazırlaşır. İlin ikinci yarısında açılması planlaşdırıla


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe en son xeberler axsam.az xeberler valyuta mezennesi