Azercell Füzulidə
Lider mobil operator Qarabağda xidmət mərkəzləri şəbəkəsini genişləndirir
"Azercell Telekom" MMC azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində aparılan işlərə öz töhfəsini verməyə davam edir. Şirkət Füzulidə telekommunikasiya xidmətləri göstərən ilk və yeganə rəsmi mağazanı təqdim edir.
Füzuli şəhərinin mərkəzində, Heydər Əliyev prospektində yerləşən Azercell-in satış və xidmət məntəqəsində nömrə ilə bir çox əməliyyatları rahatlıqla həyata keçirmək mümkündür. Ən müasir avadanlıqla təmin edilmiş mağazada həmçinin, gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazları, eləcə də smartfonları kredit və ya nağd şəkildə əldə etmək də olar.
Xatırladaq ki, Qarabağda ilk mobil şəbəkə infrastrukturunu qurmaqla yanaşı, burada müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını açan ilk mobil operator məhz Azercell olub. Şirkət Şuşa şəhərində Eksklüziv ofisini, Zəngilanın Ağalı kəndində və Laçında isə diler mağazalarını istifadəyə verib. Eyni zamanda, Azercell bu günə kimi azad edilmiş ərazilərdə 150-yə yaxın 4G baza stansiyasını və bir neçə günəş enerjisi ilə çalışan "yaşıl" stansiyaları işə salıb. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır