Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
"Azercell Telekom" MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib.
Şirkət ISO 10002:2018 "Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılması" beynəlxalq standartı üzrə növbəti uyğunluq auditini uğurla tamamlayaraq sertifikatını yeniləyib. Audit "TÜV Austria Azərbaycan" MMC tərəfindən həyata keçirilib.
ISO 10002:2018 standartı müştəri şikayətlərinin operativ və effektiv idarə olunmasını, müraciətlərin şəffaf şəkildə araşdırılmasını və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsini nəzərdə tutur. Sertifikatın yenilənməsi Azercell-də müştəri müraciətlərinin qəbul edilməsi, araşdırılması və cavablandırılması proseslərinin beynəlxalq tələblərə uyğun şəkildə təşkil olunduğunu təsdiqləyir.
Qeyd edək ki, Azercell bu sertifikatı ilk dəfə 2011-ci ildə əldə edib və ötən dövr ərzində müştəri məmnuniyyətinin artırılması istiqamətində tətbiq etdiyi idarəetmə sistemlərini davamlı olaraq təkmilləşdirib.
Məlumat üçün bildirək ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) müxtəlif sahələr üzrə beynəlxalq standartların hazırlanmasını həyata keçirən qlobal təşkilatdır.
Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, həmçinin (012) 490 49 49 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 490 52 52 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə günün 24 saatı müraciət etmək mümkündür. / azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu