Azercell' müştərilərinin mobil internetdən istifadə həcmi 30% artıb

Azercell' müştərilərinin mobil internetdən istifadə həcmi 30% artıbLider mobil operator ölkənin müxtəlif regionlarında 57 yeni baza stansiyasını quraşdırıb.
Cari ilin avqust ayında şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə genişmiqyaslı layihəyə start verən Azercell bu istiqamətdə aparılan işləri davam etdirir.
Layihənin növbəti mərhələsini uğurla başa vuran şirkət Bakı və Abşeron ərazisində 38, bölgələrdə isə 19 yeni baza stansiyasını quraşdırıb, ölkə üzrə 900-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. Yeni quraşdırılan baza stansiyalar Göycay, Astara, Ağdaş, Qusar, Yardımlı, Kürdəmir, İsmayıllı, Şəki,  Şabran və Qəbələ zonalarını əhatə edib. Görülən tədbirlərin və şəbəkə tutumunun artması nəticəsində cari ilin üçüncü kvartalında ötən ilin müvafiq dövrü ilə müqayisədə internet trafikinin həcmində 30% artım müşahidə edilib.
İşğaldan azad olunmuş torpaqlarda da keyfiyyətli mobil rabitə şəbəkəsinin genişləndirilməsini prioritet hesab edən Azercell bu ərazilərdə 3 yeni baza stansiyasını təqdim edib, 60-a yaxın baza stansiyasında təkmilləşdirmə işləri aparıb.
Qeyd edək ki, hazırda işğaldan azad olunmuş Qarabağda  Azercell-in 90-dan çox baza stansiyası fəaliyyət göstərir və Azercell şəbəkəsi  Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 10-dan çox baza stansiyası quraşdırıb və Zabux, Sus, eləcə də digər kəndlərdə mobil rabitə xidmətləri göstərir. 
Paralel olaraq, Azercell  Qarabağda ətraf mühitin qorunması maqsədilə "yaşıl" texnologiyaların tətbiqinə davam edir və 2023-cü ilin sonunadək bu  ərazilərdə günəş enerjisinə əsaslanan 35 baza stansiyasını istismara verməyi planlaşdırır. "Yaşıl"  stansiyalardan ikisi artıq Qubadlı və Cəbrayılda istifadəyə verilib. / azxeber.com

İqtisadiyyat       Tarix: 09 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


azerbaycan xeberleri son xeberler yeni xeberler idman xeberleri en yeni xeberler dunyada son xeberler cəbhədən xəbər