"Azercell"in dəstəyi ilə "Qadın Qaynar Xətti"nin rəsmi təqdimat mərasimi baş tutdu - FOTO

"Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə Fəallıq Kampaniyası" günlərində "Azercell"in dəstəyi ilə idarə olunan "Qadın Qaynar Xətti"nin rəsmi təqdimatı baş tutub.
Dekabr ayının 8-i gender əsaslı zorakılığa qarşı fəallıq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın, "Azercell Telekom" MMC-nin və "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin rəsmi nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə ölkəmizdə bu istiqamətdə görülən işlərin və maarifləndirilmənin vacibliyi vurğulanıb. 
Təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Azercell Telekom" MMC və "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəklədiyi "Qadın Qaynar Xətti"nin fəaliyyətinin ilkin nəticələri də açıqlanıb və nəticələr tədbir iştirakçıları tərəfindən təhlil edilib.
Xidmətə müraciət edən qadınların əhəmiyyətli hissəsi psixoloji və fiziki zorakılığa məruz qalıb, ailədaxili və boşanma problemləri ilə üzləşib. Ümumilikdə, Qaynar Xəttə iki minə yaxın sorğu daxil olub və müraciət edənlərin yaş həddi 18-45 arasındadır.  
Qeyd edək ki, "Qaynar Xətti"nin xüsusi ixtisaslaşdırılmış psixoloqları, sosial işçiləri və hüquqşünasları çətin həyat şəraitində olan qız və qadınlara 7/24 rejimində xidmət göstərirlər.
Qaynar Xəttə zəng edən xanımlara ilkin yardım göstərilir, zəruri hallarda müraciət icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və  hüquqi məsləhət verən QHT-lərə yönləndirilir. 
Xatırladaq ki, 2010-cu ildən etibarən "Azercell" uşaqların hüquqlarının müdafiəsi məqsədilə "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə "Uşaq Qaynar Xətt Xidməti"nin fəaliyyətinə də dəstək göstərir.
"Azərbaycan Uşaq Qaynar Xətti" və "Qadın Qaynar Xətti"nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi,  +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, "Facebook" və "Instagram" sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və "uşaqqaynarxetti" mobil əlavəsi vasitəsilə müraciət etmək olar. 
/ azxeber.com

İqtisadiyyat       Tarix: 09 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


azerbaycan xeberleri son xeberler yeni xeberler idman xeberleri en yeni xeberler dunyada son xeberler cəbhədən xəbər