"Azərişıq" ASC-nin əməkdaşı iş otağında qadını DÖYDÜ

"Azərişıq" ASC-nin əməkdaşı iş otağında polisin bacısını döyüb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Məhkəməsində keçirilən prosesdə elan olunub.
Qeyd edilib ki, hadisə Gəncə şəhərində yerləşən – "Azərişıq" ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsində qeydə alınıb.
Belə ki, İdarənin əməkdaşı Nail İsgəndərov iş otağında A.Musayevanı döyüb.
Daha sonra A.Musayeva hüquq-mühafizə orqanlarına müraciət edib. Nail İsgəndərov saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci (Döymə) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə Nail İsgəndərov deyib ki, hadisə günü A.Musayeva və N.Əsgərova onun iş otağına gəlib, ailəsini nalayiq ifadələrlə təhqir edib: "A.Musayeva mənə əl-qol atdı, özümü müdafiə etmək məqsədilə onun əlini saxladım. A.Musayevanın qardaşı və mərhum atası polis zabiti olduğundan polis əməkdaşları ilə əlaqələri var. Bu səbədən barəmdə hazırki material toplanaraq məsuliyyətə cəlb edildim.
Eləcə də 30.08.2022-ci il tarixdə A.Musayevanın İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinməsinə dair keçirilən məhkəmə iclasında şahid qismində dindirilən Sənəm (şərti) adlı şəxs izahatında A.Musayeva ilə dəhlizdə rastlaşdığını və onun saçının belə dağılmadığını dedi. Buna görə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirəm".
Məhkəmə iclasında zərərçəkmiş şəxs şikayətə etiraz edib. O bildirib ki, toplanmış sübutlarla Nail İsgəndərovun əməli təsdiq olunur.
Bundan başqa, məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi etiraz edərək deyib ki, ekspert rəyi, eləcə də iş üzrə toplanmış sübutlarla Nail isgəndərovun A.Musayevaya xəsarət yetirməsi tam sübut edilir.
Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, Nail İsgəndərov İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib və 300 manat məbləğində cərimə olunub. O, bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Hadisə       Tarix: 08 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun valyuta mezennesi 2026 xabarlar valyuta mezennesi banklar