"Azərişıq" müraciətlərə cavab vermir - Vətəndaşlardan yanğınlarla bağlı HARAY - FOTO/VIDEO
Lənkəranın Boladi kənd sakini Rəsail Mahmudov rayon Elektrik Şəbəkəsindən narazıdır.
KONKRET.az-ın redaksiyasına müraciət edən şikayətçi bildirir ki, regional şəbəkənin laqeydliyi ucbatından kənddə son iki ildə 3-4 ev yanıb.
R.Mahmudov deyir ki, hazırda onun həyəti də belə bir təhlükə altındadır:
"Həyətdəki tövləmin dam örtüyündən 15 sm-lik məsafədə elektrik dirəyi yerləşir. Həmin dirək təxminən 7-8 il bundan öncə mənim vəsaitim hesabına basdırılıb. Hazırda çox yararsız vəziyyətdədir, demək olar ki, tam çürüyüb, sıradan çıxıb. Hər an tövlənin üstünə aşıb yanğın törədə və 7 baş mal-qaramı məhv edə bilər".
Şikayətçinin məlumatına görə, kəndin əksər elektrik dirəkləri belə vəziyyətdədir. Və məlum səbəbdən iki il öncə qayınatasının ikimərtəbəli evi yanaraq kül olub. Bir neçə ay öncə də kənddə elektrik xətlərindəki nasazlıqlarla əlaqədar daha bir yanğın hadisəsi baş verib.
Kənd sakini bildirir ki, məsələ ilə bağlı həm Lənkəran Elektrik Şəbəkəsinə, həm də "Azərişıq" ASC-yə müraciət etsə də, problemin həlli istiqamətində heç bir əməli addım atılmayıb.
Beləcə R.Mahmudov həyəcan təbili çalaraq əlaqədar orqanları problemin tezliklə aradan qaldırılmasına çağırır.
Biz də öz növbəmizdə bu çağırışa qoşuluruq. "Azərişıq" ASC tərəfindən sorğumuzun cavablandırılmamasına rəğmən, vətəndaşın şikayəti ilə bağlı konkret tədbirlər görüləcəyinə ümid edirik.
Sevinc Paşayeva,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır