"Azərlotereya" 2025-ci ildə 100.7 milyon vergi ödəyib
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib.
Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 83.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2024-cü ildə bu göstərici 70.3 milyon manat olub.
2025-ci ildə "Azərlotereya"nın satışdan gəlirləri 373,70 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bununla yanaşı, şirkətin xalis mənfəəti 73,9 milyon manat təşkil edib.
2025-ci il ərzində şirkət 4,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 44,6 milyon manatdan 49,4 milyon manata yüksəldib. O cümlədən, "Azərlotereya"nın 2025-ci ilin sonu cəmi aktivləri 130,4 milyon manat təşkil edib. Şirkətin 2024-cü ilin sonunda cəmi aktivləri 115,1 milyon manat olub.
"Azərlotereya"nın cəmi kapitalı 31 faiz artaraq 50,7 milyon manata çatıb. Hesabatla daha ətraflı "Azərlotereya"nın saytından tanış ola bilərsiniz.
/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanlı futbolçu "Qalatasaray"da
Renat Dadaşov Ukrayna klubuna keçdi
17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Dünya bazarında neft bahalaşdı
"Liverpul" 18 yaşlı hücumçu aldı
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü