"Azərreyl" amerikalı voleybolçu transfer etdi
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir. Komandamız ABŞ-dan blokçu Tauri Mejini rənglərinə bağlayıb.
KONKRET.az xəbər verir ki, "Azərreyl" 186 sm boya malik blokçu ilə 1 mövsümlük müqavilə imzalayıb. O, ABŞ-ın "Texas Universiteti"ndən transfer olunub. Meji karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.
Bununla da komandanın müqaviləsini rəsmiləşdirdiyi voleybolçularının sayı 7-yə çatıb. Daha öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Türkiyəli təcrübəli mütəxəssis Cengiz Akarçeşme isə komandanın "sükanı arxasına" gətirilib.
Qeyd edək ki, "Azərreyl" Çağırış Kubokunda Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək. 1/32 final çərçivəsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi