"Azərsun Holdinq" təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib - FOTOLAR
"Azərsun Holdinq" in hər il ənənəvi olaraq təşkil etdiyi ali təhsil müəssisələri ilə illik əməkdaşlıq görüşü bu il də uğurla yekunlaşıb.
Görüşdə ölkənin aparıcı ali təhsil ocaqlarının nümayəndələri şirkətlər qrupunun cari il ərzində gənclərlə bağlı həyata keçirdiyi təşəbbüslər, müxtəlif proqramlar və layihələrlə tanış olublar.
Gənc İstedadlar Proqramı, Yay Təcrübə Proqramı və digər inkişaf təşəbbüsləri ətraflı müzakirə olunub.
Bundan əlavə, universitetlər tərəfindən təşkil edilən məcburi istehsalat təcrübəsi proqramlarının planlanması, qəbul qaydaları və həyata keçirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Həmçinin , bu ildən etibarən "Azərsun Holdinq" tərəfindən ali təhsil müəssisələrində "Şirkət Günü"nün keçirilməsi ilə bağlı razılıq əldə olunub.
"Azərsun Holdinq" bu cür təşəbbüsləri ilə ölkədə insan kapitalının inkişafına, gənclərin karyera imkanlarının artırılmasına və akademik mühitlə iş dünyası arasında körpü rolunun gücləndirilməsinə xidmət edir.



/ azxeber.com

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA