Babadağ ərazisində itkin düşən şəxslərdən birinin meyiti tapıldı - YENİLƏNİB

Babadağ ərazisində itkin düşən şəxslərdən birinin meyiti tapıldı - YENİLƏNİBİsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər itkin düşüb.
KONKRET.az-ın məlumatına görə dağlıq ərazidə piyada və atla Babadağ ziyarətgahına doğru hərəkət edən İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər. Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Mahmud Süleymanov APA-nın yerli bürosuna bildirib ki, rayonun Təzəkənd kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov Mübariz Əliağa oğlu ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb və dərəyə yıxılaraq ölüb. Onunla ziyarətə gedən yoldaşlar, 2002-cı il təvəllüdlü Xudaverdiyev Niyyət Vüqar oğlu, 2006-cı il təvəlüdlü Xudaverdiyev Ağa Adil oğlu və qardaşı 2008-ci il təvəllüdlü Xudaverdiyev Emil Aqil oğlu dərəyə enərək onun meyitini çıxarmağa çalışsalar da geri qayıda bilməyiblər.
Hazırda dərədə köməksiz vəziyyətdə qalan bu şəxslərin xilas edilməsi üçün əraziyə FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. İntensiv axtarış-xilasetmə tədbirləri görülür.
***
12:07
Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalıb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirlib ki, nazirliyin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub: "Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək".

Hadisə       Tarix: 06 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var

Qaxda avtomobil dərəyə aşıb. -ın məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, "Toyota" markalı avtomobil sərt döngədə idarəetməni itirərək 20 met

Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan dörd nəfərdən sonuncusunun meyiti tapılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2003-c

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralandı

Moskvadakı "Sadovod" ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb. " "a istinadla xəbər verir ki, bu gün səhər saatlarında "Sadovod" bazarına düşən dron parçaları Azərbayca

Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi

Yaponiya və Venesuela sahillərində bir-birindən bir neçə dəqiqəlik fasilə ilə iki güclü zəlzələ baş verib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, zəlzələlər nəticəsində bir neçə nəfərin öldüyü bildirilir. Məlumata gör

Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, Gədəbəy sakini Vahid Allahverdiyevin idarə etdiyi "KamAz" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alıb. Faktl

Azərbaycanlı gənc Qara dənizdə boğuldu

Gürcüstanda azərbaycanlı gənc faciəvi şəkildə ölüb.  "Qafqazinfo"ya istinadən xəbər verir ki, 21 yaşlı Elnur Nəbiyev Quriya rayonunun Ureki turist qəsəbəsində – Qara dənizdə boğulub. Qeyd edək ki, mərhum Gürcüstand

Fransada təyyarə qəzaya uğradı: Ölənlər var

Fransanın qərbində yerləşən La-Bol bölgəsində turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib. KONKRET.azxəbər verir ki, bu barədə BFM TV məlumat yayıb. Yanğınsöndürənlər hadisə yerinə çatdıqda hav

Vətən müharibəsi qazisi bıçaqlandı

Ağdərə rayonunun Suqovuşan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, Vətən müharibəsi qazisi Sadiq Abbaslı bıçaqlanıb. İlkin məlumata görə, hadisəni onun həmyerlis

"Land Cruiser" motosikletə çırpıldı - Kuryer öldü

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb. Belə ki, "Land Cruiser" markalı avtomobil yoll


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycanda son xeberler xabarlar son xeberler bugun 2026 canli oxu.az xeberler