"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib.
KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzadə küçəsində yerləşən "Qlobal" oteldə baş verib. Hostel kimi fəaliyyət göstərən oteldə eyni otaqda gecələyən şəxslərdən biri digərinin yatmasından istifadə edərək onun əşyalarını oğurlayıb.
İttihama əsasən, təqsirləndirilən şəxs zərərçəkmişin yatdığını görüb. O, otaqdakı masanın üzərində olan 35 manat dəyərində kişi qol saatını, telefonun qoruyucu üzlüyündə saxlanılan 400 manat nağd pulu və 630 manat dəyərində "Honor 400 Lite" markalı mobil telefonu götürüb. Telefonun üzərində 20 manat dəyərində mobil nömrə də olub.
Beləliklə, zərərçəkmişə ümumilikdə 1085 manat məbləğində maddi ziyan dəyib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittihamı qismən qəbul edib. O bildirib ki, Masallı rayonunda yaşasa da, Bakıya gələndə gecələmək üçün adətən "Qlobal" hosteldə qalırmış. Hadisə günü də şəxsi işləri ilə əlaqədar paytaxta gəlib və həmin hosteldə yerləşib.
Onun sözlərinə görə, otaqda qalan şəxslər yatarkən zərərçəkmişə məxsus "Honor 400 Lite" markalı telefonu və qol saatını götürərək oradan uzaqlaşıb. O, telefonun üzlüyündəki 400 manatı oğurlamadığını iddia edib.
Təqsirləndirilən şəxs mobil telefonu və qol saatını "20 Yanvar" metrostansiyasının yaxınlığında tanımadığı şəxsə satdığını bildirib. Məhkəmədə telefonun 150 manata, saatın isə 25 manata satıldığını deyib.
Lakin ibtidai istintaq zamanı verdiyi ifadəsində telefonun üzlüyünü çıxararkən içərisində 400 manat pul və bank kartı gördüyünü etiraf edib. O, kartdan istifadə edərkən tutulacağından ehtiyat etdiyi üçün onu sındıraraq yola atdığını bildirib.
Zərərçəkmiş məhkəmədə bildirib ki, Xaçmaz rayonundan Bakıya şəxsi işləri ilə əlaqədar gəlib və gecələmək üçün münasib qiymətə görə "Qlobal" hostelə üz tutub. O, səhər saatlarında oyandıqda telefonunun və qol saatının yerində olmadığını görüb.
Zərərçəkmişin sözlərinə görə, telefonun üzlüyündə saxladığı 400 manat da yoxa çıxıb. O, hadisə barədə polisə məlumat verib. Zərərçəkmiş əlavə edib ki, oğurlanmış bank kartından istifadə edilməyib, kart hesabındakı 75 manat isə götürülməyib.
O, təqsirləndirilən şəxsin dəymiş ziyanı ödəmədiyini, buna görə də onunla barışmadığını və məsuliyyətə cəlb edilməsini istədiyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.1-ci maddəsi (oğurluq) ilə təqsirli bilib və ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hadisə       Tarix: 27 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun valyuta mezennesi 2026 xabarlar valyuta mezennesi banklar