Babək və Şərur rayonlarında yanğınlar oldu
Naxçıvan Muxtar Respublikası (FHN) Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Babək rayonu Cəhri qəsəbəsində və Şərur rayonu Çərçiboğan kəndində ot bağlamalarında yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Nazirlikdən KONKRET.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Babək və Şərur Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində Babək rayonu Cəhri qəsəbəsində təxminən 3,4 tonluq ot bağlaması yanıb, 8,5 ton ot isə yanğından mühafizə olunub. Şərur rayonu Çərçiboğan kəndində isə 1,12 tonluq ot bağlaması yanıb, tayanın üzərinə qurulan 21 m2 çardaq yanğından mühafizə edilib.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto