Bacısını öldürən şəxs: "Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım"

Bacısını öldürən şəxs: Lənkəran Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Tahir Mamedovun cinayət işinin bəzi detalları məlum olub.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktına əsasən, Tahir Mamedov bacısı, 2009-cu il təvəllüdlü F.Mamedova özünə məxsus çılpaq fotoşəklini sosial şəbəkə vasitəsilə naməlum şəxsə göndərdiyini öyrəndikdən sonra qısqanclıq və ailə namusuna xələl gətirildiyi qənaəti ilə onu öldürmək qərarına gəlib.
Hadisə 2025-ci il sentyabrın 5-də, axşam saatlarında Ağcabədi rayonunun Pərioğullar kəndində ailəsinin yaşadığı fərdi yaşayış evində baş verib.
Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə qohumlarının doğum günü mərasimində iştirak edərkən bacısının anasına məxsus mobil telefondan istifadə etdiyini görüb. Telefonu yoxlayan zaman o, F.Mamedovanın "Instagram" sosial şəbəkəsi üzərindən naməlum profil sahibi ilə yazışdığını və özünün çılpaq vəziyyətdə çəkdirdiyi fotoşəkli həmin şəxsə göndərdiyini aşkarlayıb. Bundan sonra məsələ ailə üzvlərinin iştirakı ilə müzakirə edilib, yeniyetmə qıza irad bildirilib və ona bu cür hərəkətlərin yolverilməz olduğu izah olunub.
Tahir istintaqa verdiyi ifadəsində deyib ki, həmin hadisədən sonra bacısının davranışını qəbul edə bilməyib və onu cəzalandırmaq barədə düşünməyə başlayıb. Onun sözlərinə görə, ailənin şərəf və ləyaqətinə xələl gətirildiyini hesab etdiyindən bacısını öldürmək qərarına gəlib.
İş materiallarına əsasən, ailə üzvləri doğum günü mərasimindən sonra yaşadıqları evə qayıdıblar. Təxminən saat 19 radələrində təqsirləndirilən şəxs evin mətbəxindən məişət təyinatlı bıçaq götürərək onu gizlədib və F.Mamedovanın olduğu otağa daxil olub. Otaqda heç kimin olmadığı vaxtda bacısını yanına çağıraraq yaxınlaşdırıb və əvvəlcədən hazırladığı bıçaqla onun döş qəfəsinin sağ yuxarı nahiyəsinə bir dəfə zərbə endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxsə yetirilmiş xəsarət döş qəfəsinin sağ hissəsindən döş və qarın boşluğuna nüfuz edən, diafraqma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarəti olub. Hadisədən dərhal sonra ailə üzvləri yaralını xəstəxanaya çatdırsalar da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmədə Tahir Mamedov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib. Bununla əlaqədar onun ibtidai istintaq dövründə verdiyi ifadələr elan olunub.
Həmin ifadələrdə təqsirləndirilən şəxs bacısının əvvəllər hər hansı problem yaratmadığını, lakin qarşı cinslə münasibətlər qurmasına və sosial şəbəkələrdən istifadəsinə mənfi yanaşdığını bildirib. O qeyd edib ki, F.Mamedovanın sözügedən fotoşəkli göndərdiyini gördükdən sonra əsəbiləşib və onu öldürmək niyyəti formalaşıb. Tahir hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, hazırda isə törətdiyi əmələ görə peşman olduğunu söyləyib.
Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən anası ifadəsində ailə daxilində ciddi münaqişələrin olmadığını, hadisə gününədək övladları arasında hər hansı düşmənçilik müşahidə etmədiyini deyib. O bildirib ki, qızının sosial şəbəkədə paylaşdığı fotoşəkli gördükdən sonra ailə üzvləri onu sadəcə tənbeh ediblər. Hadisədən bir qədər sonra isə qızının qanlar içində olduğunu görərək təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparıblar.
Zərərçəkmişin anası məhkəmədə oğlunun törətdiyi əməli səhv hesab etdiyini bildirsə də, onun övladı olduğunu nəzərə alaraq təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və ya tələbinin olmadığını qeyd edib.
Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş tərəfin və şahidlərin ifadələrini, eləcə də iş üzrə toplanmış digər sübutları araşdıraraq belə nəticəyə gəlib ki, Tahir Mamedov bacısını qəsdən öldürüb. Məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə cinayətinin tərkibinin tam sübuta yetirildiyini hesab edib.
Hökmə əsasən, Tahir Mamedov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Hadisə       Tarix: 04 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun sou xeberler hava durumu sonxabar