"Bakcell" jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib - FOTOLAR
İnnovasiya və sürət lideri "Bakcell" jurnalist xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib.
azxeber.com xəbər verir ki, görüşdə "Bakcell"in Korporativ Kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova media sahəsində peşəkarlığı, obyektivliyi və şəffaf informasiyanın yayılmasını təşviq edən bütün xanımları təbrik edərək bildirib: "Qadınların cəmiyyətdəki rolu və uğurları bizi ilhamlandırır. "Bakcell" olaraq biz qadınların peşəkar və şəxsi inkişafına dəstək verməyi prioritet hesab edirik. Onların potensialını reallaşdırması, yeni imkanlar qazanması və öz bacarıqlarını daha da inkişaf etdirməsi üçün daim yanlarında olmağa hazırıq".
Həmçinin, tədbirdə xanımlar üçün floristika üzrə master klass keçirilib. Onlar güllərlə kompozisiya qurmağın incəliklərini öyrənib, öz unikal buketlərini hazırlayaraq kreativ yanaşmalarını nümayiş etdiriblər.
Qeyd edək ki, "Bakcell" yarandığı gündən media nümayəndələri ilə sıx əməkdaşlıq edərək, onların fəaliyyətini dəstəkləməyə və jurnalistlərin peşəkar inkişafına töhfə verməyə davam edir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.





Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır