Bakcell "YAŞAT" Fondunun "Hədiyyə Karvanı" layihəsinə dəstək oldu
Bakcell 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarını sevindirib.
azxeber.com xəbər verir ki, "YAŞAT" Fondunun təşəbbüsü ilə reallaşdırılan ölkəmiqyaslı "Hədiyyə Karvanı" layihəsi çərçivəsində şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş qəhrəmanların övladlarına müxtəlif hədiyyələr təqdim edib. Ölkənin bütün bölgələrini əhatə edən layihə çərçivəsində 14 yaşadək 1600-dən çox uşağa bayram sevinci yaşadılıb. Təşəbbüs Bakcell-in dayanıqlılıq və korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm hissəsidir.
NEQSOL Holding-in tərkibinə daxil olan Bakcell, "YAŞAT" Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq NEQSOL Holding və "YAŞAT" Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Bakcell cəmiyyətin rifahına və gələcək nəsillərin inkişafına töhfə verən sosial layihələrə dəstəyini davam etdirir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu