Bakı 2022: ABŞ bu gün 2 medal qazandı
Atıcılıq üzrə Dünya Kubokunun bugünkü finallarında 25 metr məsafəyə tapançadan cəld atəşaçma üzrə qarışıq komanda yarışında qızıl medalı Koreya komandası qazanıb.
KONKRET.az xəbər verir ki, yarışın həm gümüş, həm də bürünc medalına isə Ukrayna komandaları sahiblənib və Ukrayna hələlik 8 medalla Kubokda medal sayı ən çox olan ölkədir.
Stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında qızıl medal uğrunda komanda yarışında Almaniya komandası qalib gəlib. Gümüş medalı isə Amerika Birləşmiş Ştatlarının qadınları əldə edib. ABŞ kişi komandası eyni növdə yarışın qızıl medalına yiyələniblər.
Yarış zamanı idmançılar çətinlikləri də olduğunu deyiblər.
Kişilərin dairəvi stend növü üzrə yarışlarında qızıl medal qazanan amerikalı çempion Uinsen Hankok:
"Günəş batanda bir tərəfdə hava tam qaralmır – Günəşin batışı sahəyə kölgə salır. Əsasən də 5-ci sahədə skitlərin çıxdığı blokların üzərinə kölgə düşür. Bu zaman mübarizə aparmaq çətinləşir. Amma bu, bizim mübarizə əzmimizi artırdı".
Sabah Bakıda Dünya Kuboku yarışlarının son günüdür.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Elnarə Xəlilova da iynə ilə arıqlayır
Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi
140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi
Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar
"Unibank"ın İdarə Heyətində dəyişiklik
PISA-da oxu nəticəmizi necə yüksəldək?
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO
Çempionlar Liqası tarixində ən yaşlı alman futbolçu oldu
AccessBank tender elan etdi
Torpağı alıb ev tikdi, 10 il sonra məhkəməlik oldu
Bakıda ağır qəza: Qadını vurdu, sonra "Prius"a çırpıldı
"Prezident sağlamdır və mütləq bəzi insanların siyasi ölümünü görəcək" - Baqratyan
Azərbaycanda işıq pulu ləğv edilə bilər