Bakı hava limanı payız-qış uçuş cədvəlinə keçir
Bakı hava limanı payız-qış uçuş cədvəlinə keçir
Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 29-dan 2024-cü ilin martın 30-u daxil olmaqla qış cədvəlinə keçir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu müddət ərzində Bakıdan 18-i aşağı büdcəli aviadaşıyıcı olmaqla 37 aviaşirkət tərəfindən 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetiriləcək.
Məlumata görə, payız-qış mövsümündə hava limanı baza aviadaşıyıcısı olan AZAL-ın bir sıra yeni istiqamətlərini açmaqla və yeni aviaşirkətlər cəlb etməklə öz marşrut şəbəkəsini genişləndirəcək. Həmçinin müxtəlif beynəlxalq istiqamətlərə uçuşların tezliyinin artırılması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət variantları təqdim edəcək.
Qeyd edilib ki, Bakı hava limanı bütün sərnişinlərinə yüksək səviyyədə xidmət göstərməyə çalışır, həmçinin aviadaşımaların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün qabaqcıl texnologiyalar və yenilikləri tətbiq etməyə davam edir. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü