İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
"İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir".
Bunu Sunja Şəhər Şurasının sədr müavini Adam Kalimatov bildirib.
Onun sözlərinə görə, İnquşetiya hökuməti yaxın iki ildə stansiyanın fəaliyyətini bərpa etməyi planlaşdırır.
"Hökumət dəmir yolunun bəzi hissələrini boşaltmaq və onları qorumaq üçün konkret addımlar atır. Yerli sakinlərlə izahedici işlər aparılır, yollar təmizlənir", - deyə o əlavə edib.
Kalimatov Sunjadakı dəmiryol stansiyasının qonşu Çeçenistanda döyüşlərdən əvvəl mövcud olduğunu, sonradan stansiyanın fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığını qeyd edib.
"Stansiya hələ də Rusiya Dəmir Yollarının balansındadır. Onlar stansiyanı iki il ərzində, 2026-cı ilə qədər yenidən bərpa edəcəklərinə söz veriblər. Onun işə salınması ilə bizim Mahaçqala, Qroznı və Bakı ilə birbaşa əlaqəmiz olacaq. Müvafiq şəraiti və yeni iş yerləri olan beynəlxalq stansiya olacaq", - deyə şəhər şurasının nümayəndəsi bildirib.
Mənbə: İnterfaks (Rusiya) / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək