Bakı metrosunda sərnişinlərin girişinə məhdudiyyət qoyuldu - VİDEO
Bu gündən etibarən Bakı metrosunda insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılıb.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, sıxlıq yarandığı zaman vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılır.
Amma bu yenilik bəzi metrostansiyaların girişində sıxlığın yaranmasına səbəb olub.
Bakının ətraf kənd və qəsəbələrinə ən yaxın metrostansiya "Koroğlu" olduğu üçün şəhərə getmək istəyən sərnişinlərin çoxu burdan istifadə edir. Həmçinin yollarda olan tıxacdan qurtulmaq üçün metro ən yaxşı nəqliyyat vasitəsidir. Ona görə də avtobusla gedilə bilən məkanlara da metro ilə gedilir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metroya giriş tam məhdudlaşdırılmayıb. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tənzimləmə mexanizmləri həyata keçirilir.
O əlavə edib ki, ən az istifadə olunan "Bakmil" və "Memar Əcəmi" stansiyalarıdır.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var