Bakı Qlobal Cənubun Paytaxtı olur: Yeni Platforma və yeni imkanlar - Fərid Şahbazlı yazır

Bakı Qlobal Cənubun Paytaxtı olur: Yeni Platforma və yeni imkanlar - Fərid Şahbazlı yazır2025-ci il 28 aprel tarixində Bakıda keçirilən "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" forumu beynəlxalq münasibətlər sistemində yeni bir səhifə açdı. Forumda Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionları da daxil olmaqla 115 ölkədən 300-dən çox qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak etdi. Tədbir, dünya əhalisinin təxminən 80%-ni təmsil edən nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya topladı. Konfrans dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə kimi qiymətləndirildi.
Forumun sonunda Qlobal Cənub QHT Platformasının yaradılması və bu platformanın fəaliyyətinin əlaqələndirilməsi hüququnun Azərbaycana verilməsi qərara alındı. Bu təşəbbüs, inkişaf etməkdə olan ölkələrin və onların vətəndaş cəmiyyətlərinin beynəlxalq sistemdə daha fəal iştirak etmək istəyinin ifadəsi oldu. Platforma, bu strateji coğrafiyada yerləşən ölkələrin üzləşdikləri problemlərin – yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişinin nəticələri, rəqəmsal uçurum, ticarət bərabərsizliyi kimi məsələlərin beynəlxalq səviyyədə daha güclü şəkildə səsləndirilməsinə və bu problemlərə qarşı vahid mövqedən çıxış edilməsinə dəstək məqsədi daşıyır. Platformanın məqsədləri sırasında BMT və digər beynəlxalq təşkilatlarda qlobal koordinasiyanın aparılması, eləcə də Cənub-Cənub əməkdaşlığının təşviqi də xüsusi yer tutur.
Azərbaycanın bu təşəbbüsdə lider rolu təsadüfi deyil. Prezident İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayaraq Azərbaycanın Qlobal Cənub ölkələri ilə həmrəyliyini və Platformanın məqsədlərini açıq şəkildə dəstəklədiyini bəyan etdi. Prezident qeyd etdik, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir.
Azərbaycan QHT-lərinin forumdakı fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində 100-dən çox yerli qeyri-hökumət təşkilatı xarici həmkarları ilə birbaşa təmas qurdu, gələcək əməkdaşlıq istiqamətləri üzrə danışıqlar apardı. Azərbaycan QHT-ləri Platformanın təsis olunmasında fəal iştirak edərək ölkənin beynəlxalq yumşaq güc strategiyasına praktiki dəstək verdilər. Onlar həm sosial məsələlərdə, həm də iqlim dəyişikliyi, davamlı inkişaf, humanitar fəaliyyət kimi sahələrdə beynəlxalq layihələrin icrasında tərəfdaşlıq etməyə hazır olduqlarını bildirdilər.
Azərbaycanın bu prosesdə fəallığı onun regional və qlobal siyasətdə artan nüfuzunu bir daha nümayiş etdirir. Coğrafi mövqeyi etibarilə Qafqazın, Avropanın və Asiyanın kəsişməsində yerləşən Azərbaycan uzun illərdir tranzit, enerji və təhlükəsizlik sahələrində strateji oyunçu kimi çıxış edir. İndi isə ölkə beynəlxalq humanitar və vətəndaş cəmiyyəti platformalarının mərkəzinə çevrilir. Bakının bu forumu qəbul etməsi Azərbaycanın dünyada ədalətli və bərabər əsaslı dünya nizamı ideyasına verdiyi önəmin ifadəsidir və bu, ölkənin yumşaq güc arsenalının daha da zənginləşdirilməsinə xidmət edir.
Qlobal Cənub QHT Platformasının BMT və digər beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması isə uzunmüddətli perspektivdə yeni bir dinamik yarada bilər. Platforma Qlobal Cənub ölkələrinin beynəlxalq təşkilatlarda daha koordinasiyalı çıxış etməsinə şərait yaradacaq. Bu da dünya siyasətində inkişaf etməkdə olan ölkələrin maraqlarının daha güclü müdafiəsinə, müstəmləkəçilik mirası, iqlim ədalətsizliyi və iqtisadi bərabərsizlik kimi problemlərin beynəlxalq gündəmdə prioritet mövzu olmasına təkan verə bilər. Azərbaycanın bu proseslərdə fəal rol alması isə həm ölkənin beynəlxalq imicinə müsbət təsir edəcək, həm də Bakı şəhərini qlobal vətəndaş cəmiyyəti diplomatiyasının aparıcı mərkəzlərindən birinə çevirəcək.
QHT-lərin yumşaq güc kimi fəaliyyəti bu kontekstdə xüsusi vurğulanmalıdır.  QHT-lər bu prosesdə mədəni diplomatiyanın, humanitar yardımın, bilik mübadiləsinin və sosial innovasiyaların əsas aparıcı qüvvələri kimi çıxış edirlər. Qlobal Cənub QHT Platforması vasitəsilə Azərbaycan bu sahədə öz təsir imkanlarını genişləndirəcək, Qlobal Cənub ölkələri ilə daha sıx humanitar və sosial əməkdaşlıq əlaqələri quracaq.
Ümumilikdə, Bakıda yaradılan Qlobal Cənub QHT Platforması təkcə beynəlxalq ictimaiyyətin müstəqil siyasət yürüdən ölkələrin səsinə daha çox qulaq asmasını deyil, həm də Azərbaycan üçün yeni diplomatik və strateji imkanlar açır. Platforma Azərbaycanın yumşaq güc strategiyasının tərkib hissəsinə çevrilərək, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına xidmət edəcək.
Fərid Şahbazlı
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri / azxeber.com

Siyasi       Tarix: 29 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 muharibe xeber.az bu gun metbuat xeberleri cəbhədən son məlumatlar