Bakı-Quba yolundakı yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb - FOTO
Bakı-Quba yolunun 120-ci km-də, Şabran rayonundan keçən hissəsində avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.
"Report"un Şimal bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov idarə etdiyi "Opel" markalı avtomobillə Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gülnar Məmmədəli qızı Zeynalovanın idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov, həyat yoldaşı, 1975-ci il təvəllüdlü Samirə Şamil qızı Əliyeva və oğlu, 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Samirə Əliyevanın vəziyyəti ağır olduğundan Sumqayıt şəhərindəki xəstəxanaların birinə göndərilib.
İlkin məlumata görə, hər iki avtomobil Bakı şəhəri istiqamətinə hərəkətdə olublar.
Faktla bağlı araşdırma aparılır.





/ azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var