Bakı şəhər İcra hakimiyyətinin sabiq başcısı vəfat etdi - FOTOLAR
Bakı şəhər İcra hakimiyyətinin sabiq başcısı Aydın Məmmədov vəfat edib.
azxeber.com xəbər verir ki, Aydın Yusif oğlu Məmmədov 15 may 1932-ci ildə ziyalı ailəsində dunyaya gəlib.
Ali təhsilini bitirdikdən sonra 1957-ci ildə Sumqayıt şəhər Komsomol Komitəsinin birinci katibi, Azərbaycan LKGİ MK-nin birinci kətibi vəzifələrində işləyib.
Daha sonra təhsilini Ali Partiya Məktəbinin davam etdirib, İctimai Elmlər Akademiyasının aspiranti olmuş, iqtisadiyyat üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1964-cü ildən Azərbaycan SSRi Maarif nazirinin müavini, Bakı şəhəri Oktyabr (Nəsimi-Yasamal) rayon Partiya Komitəsinin birinci katibi, 1971-1981 ci illər Bakı Şəhər İcra Hakimiyyətinin Sədri, 1981 ci ildən Mingəçevir Şəhər Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.
1983-cü ildə Azərbaycan SSR Əhaliyə Məişət xidməti naziri olmuş və 1988-ci ildən Azərbaycan Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışmışdır. O, səkkizinci, doqquzuncu, onuncu, on birinci çağırış Azərbaycan Ali Sovetinin deputatı secilmişdir.
Oktyabr İnglabı və Qırmızı Əmək Bayrağı odenrəri ilə təltif edilmişdir.
Aydın Məmmədov Bakı şəhərinə rəhbərlik etdiyi dövrdə, paytaxtda tikinti-quruculuq işləri, bir sıra yaşayış massivləri, metro stransiyalar, məktəblər, tibb ocaqları, mədəniyyət sarayları tikilərək istifadəyə verilmişdir.
Onların içində Heydər Əliyev Sarayı, göz əlliyi ilə xalq sevgisini qazanmış Filarmoniya və Şəlalə parkları yer alır.
Məhz bu cür görkəmli şəxsiyyətlər haqqında dəyirlər ki, ömrünü hədər yerə deyil, mənalı yaşayıb.
Allah rəhmət eləsin.



Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var