Bakı-Sumqayıt qatarında nə baş verir? - 18:30-dan
Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarda sərnişinlərin ciddi narahatlığına və narazılığına səbəb olan gecikmə qeydə alınıb.
KONKRET.az-ın məlumatına görə, söhbət bu gün saat 18:30-da yola düşən sərnişin qatarından gedir.
Qatarın hərəkət sürətinin qəfildən kəskin şəkildə aşağı düşməsi sərnişinlər arasında təşviş və narahatlıq yaradıb. Vaqonlarda olan sərnişinlərin bildirdiyinə görə, qatar normadan qat-qat aşağı sürətlə hərəkət edir, sanki "sürünür" və faktiki olaraq irəliləmir.
İş çıxışı saatlarına təsadüf edən bu ləngimə mənzil başına tələsən yüzlərlə vətəndaşın haqlı narazılığına və şikayətlərinə səbəb olub. Sürətin kəskin azalması səbəbindən qatarın təyin olunmuş qrafiki tamamilə pozulub və sərnişinlərin mənzil başına ciddi şəkildə gecikəcəyi qaçılmaz olub.
Hazırda yolda yaranan bu texniki gecikmənin və ya nasazlığın dəqiq səbəbləri araşdırılır.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?