Bakı-Sumqayıt yolunda ƏMƏLİYYAT - Heroin alverçisi yaxalandı
Bakı-Sumqayıt yolunda heroin alverçisinə qarşı əməliyyat keçirilib.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı Əliyev Mehdi Ağamehdi oğlu Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində, "Riyad" ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nə gətirilib.
İdarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qısaqol gödəkçənin qabaq sağ cibindən bir ədəd sarı rəngli selofan bükümdə çəkisi 14,463 qram olan külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.
20.04.2023-cü il tarixdə Əliyev Mehdi Ağamehdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilib, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaq aparılır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır