Bakı və rayonlarda mənzillərə mərkəzi istilik bu tarixdən veriləcək

Bakı və rayonlarda mənzillərə mərkəzi istilik bu tarixdən veriləcəkAzərbaycanda istilik mövsümü dağ rayonlarında noyabrın 1-də, Bakıda, eləcə də digər şəhər və rayonlarda isə noyabrın 15-də başlayacaq.
Bu barədə azxeber.com-a "Azəristiliktəchizat" ASC-dən bildirilib.
Məlumata görə, bu ayın sonuna qədər növbəti payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri yekunlaşdırılacaq. Bu il sentyabrın 30-na qədər istilik və isti su xidmətlərinin göstərilməsi üçün istismar edilən 563 qazanxana və 88 istilik məntəqəsinin hamısı təftiş edilib, 967 ədəd dirsək, 190 ədəd siyirtmə, 297 ədəd ventil, 3 ədəd nasos yenisi ilə əvəz edilib, 41 qazan aqreqatı, 14 ədəd nasos, 190 ədəd siyirtmə, 21 ədəd mühərrik əsaslı təmir olunub, 732 ədəd qazan aqreqatı, 1 378 ədəd nasos, 8 658 ədəd siyirtmə, 674 ədəd mühərrik cari təmir edilib, 1 002,2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 9,44 km istilik boru xətləri əsaslı təmir olunub, 1 048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənib, həmçinin 94 ədəd qazan aqreqatı və 62 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib, istilik xətlərində 2 978,4 m2 istilik örtük qatı təmir olunub, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 710,2 m2 kərpic örtüyü, 471 m2 izolyasiya örtüyü bərpa olunub, 447 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib.
Hazırda "Azəristiliktəchizat" balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 879 yaşayış binası, 180 minə yaxın mənzil, 280 məktəb, 160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi, 2 052 sosial və təsərrüfat obyektini istiliklə təmin edir. O cümlədən, şirkət isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində 43 qazanxana vasitəsilə 3 775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakini, 75 sosial və digər təsərrüfat obyektini isti su ilə təmin edir. Bunun üçün 1 000 km-dən çox magistral və məhəllədaxili istilik xətti, 1 300-dən artıq qazan aqreqatı, 3 000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu, texniki rejim parametrlərinin saxlanılması üçün 20 000-dən artıq müxtəlif mühəndislik qurğuları mövcuddur.
"Azəristiliktəchizat"ın daimi 1200-ə yaxın, istilik mövsüm zamanı isə 2 250 əməkdaşı olur. Bunlardan 500-ə yaxın əməkdaş regionlardakı istilik mənbələrində çalışır.
Bakıda 22, digər şəhər və rayonlarda isə 46 İstilik Sistemlərinin İstismar Sahə idarəsi fəaliyyət göstərir.

Sosial       Tarix: 07 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber xəbər zelzele en son xeberleri