Bakıda 120 mindən çox bina söküləcək - Paytaxtın hər ikinci sakininin həyatı dəyişəcək

Bakıda 120 mindən çox bina söküləcək - Paytaxtın hər ikinci sakininin həyatı dəyişəcəkBakını digər keşmiş MDB ölkələri paytaxtları ilə birləşdirən çox az özəlliklər qalıb. Bunlardan biri də heç şübhəsiz keçmiş MDB ölkələri şəhərlərində "SSRİ yadigarı" "Xruşşovka" və "Brejnevka"lardır. Söhbət SSRİ-də 1956-cı ildən başlayan və 1985-ci ilədək davam edən "tikinti bumu" çərçivəsində demək olar ki, SSRİ-nin hər bir bucağında tikilən "beşmərtəbəli" və "doqquzmərtəbəli" binalardan gedir.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hazırda Bakıda 120 mindən çox SSRİ mirası olan binalar qalıb. Bunların arasında "Xruşşovka"lar, "Brejnevka"lar və Minsk layihəli binalar üstünlük təşkil edir. "Brejnevka"lar əslində bir az modernləşdirilmiş "Xruşşovka"lardır. Onların tikintisi SSRİ-də 1985-ci ilədək davam edib. Bu binalar SSRİ memarı Vitali Laqutin tərəfindən ilk dəfə 1956-cı ildə Rusiyanın paytaxtı Moskva şəhərində Qrimau küçəsində layihələndirilib. Əslində isə bu beşmərtəbəli binaları SSRİ-nin rəhbəri Stalin Fransada görərək bəyənib. Sonradan bu tip binaların SSRİ-də tikilməsini əmr edib. Amma ideya Stalin öləndən sonra onun xələfi Nikita Xruşşov tərəfindən reallaşdırıldığı üçün onun adını alıb. Sonradan isə "Xruşşovka"lar SSRİ-nin bütün şəhərlərinə yayılıb.
Sovetlər birliyində bu binaların bu qədər populyarlaşmasının bir neçə səbəbi var idi.
1. "Xruşşovka"lar 4 nəfərlik (2 böyük, 2 uşaq) sovet ailəsi üçün ideal sayılırdı.
2. Bu tip binalar SSRİ ailələrini kommunal mənzillər və baraklardan çıxarmaq üçün ucuz və çox əlçatan variant idi.
3. Sovet həkimləri beşmərtəbəli "xruşşovka"ların insan sağlamlığı üçün çox ideal variant olduğunu müəyyənləşdirmişdilər. Sonuncu - beşinci mərtəbədə yaşayan insan belə pilləkənlərlə öz evinə rahatca qalxa bilərdi.
4. Bu tip binaların hündürlüyü maksimum 30 metr olurdu ki, həmin binaların tikintisi zamanı hündür qaldırıcı kranlardan istifadəyə ehtiyac olmurdu. O vaxtlarda SSRİ-də maksimum 30 metrədək qalxa bilən kranlar üstünlük təşkil edirdi. Daha hündürə yük qaldıra bilən kranlar isə demək olar ki, yox dərəcəsində idi.
5. "Xruşşovka"larda lift və zibil konteynerləri üçün bloklar olmurdu. Bununla da SSRİ rəhbərliyi yüz minlərlə lift və zibil konteynerinə qənaət edərək əhəmiyyətli dərəcədə irəli düşmüş olurdu.
6. Beşmərtəbəli "xruşşovka"lar seysmik aktiv süxurlar üzərində asanlıqla inşa edilə bilərdi. Təkanlar zamanı bu tikililərin zədə alması demək olar ki, real deyildi.
Hələ keçən il mətbuata açıqlamasında Bakı şəhər icra hakimi Eldar Əzizov Bakıda hər ikinci sakinin SSRİ vaxtı inşa edilmiş tikilidə yaşadığını bildirmişdi. E.Əzizov demişdi ki, paytaxtda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlidir.
Eldar Əzizov demişdi ki, bu binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər. Bəs Sovetdən miras qalmış və paytaxtın əhəmiyyətli hissəsini tutan Sovet mirası olan bu binaların istismar müddəti nə qədərdir? Bakıda yaşayan hər ikinci insanın həyatı təhlükədədirmi? Sovetdən dövrümüzədək gəlib çatmış bu binalarda XXI əsrin ikinci onillliyində yaşamaq olarmı?
Qeyd edək ki, "Xruşşovka" tipli binaların layihəsini Sovet rəhbərliyi o vaxt Fransadan satın alıb. SSRİ-də tikilən "xruşşovka"lar iki qismə bölünürdü. Bunlardan birincilər müvəqqəti, yerdə qalanlar isə daimi tikililər sayılırdı. Müvəqqəti "xruşşovka"ların istismar müddəti 25, daimilərinki isə 50 illiyinə nəzərdə tutulub. Bakıda inşa edilən SSRİ yadigarı olan binaların əsasən 60-cı illərdə istismara verildiklərini nəzərə alsaq onda bu müddətin bitdiyini görmüş oluruq. Kobud hesablama ilə Bakıdakı "xruşşovka"ların istismar müddətindən 15 ilə yaxın bir zamanın keçdiyini görərik. Belə olan halda Bakı şəhər icra hakimininin təbirincə desək paytaxtın hər ikinci sakini istismar müddəti bitmiş, yaxud da bitmək ərəfəsində olan tikilidə ömür sürür. Səksəkədə həyatını yaşayaraq sovetdən qalma tikililərdən nə vaxt canını qurtacağını da səbrsizliklə gözləyir.  / azxeber.com

Sosial       Tarix: 30 yanvar 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye

Azərbaycanda benzin bahalaşacaq? - Tarif Şurası qərar verə bilər

Dünyada enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi, bir sıra ölkələrdə yanacaq qiymətlərinin ardıcıl şəkildə artdığı bir vaxtda Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qloba

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrini

20 yaşlı velosipedçini maşın vurdu - Durumu ağırdır

Lənkəranda velosipedçini avtomobil vurub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib. Belə ki, Yuxarı Nüvədi kənd sakini 2006-cı il təvəllüdlü Elvin Murad oğl

Dünya bu tarixdə tam qaranlığa qərq olacaq

Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında – 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq. "Startlap"

Kriptovalyuta bazarında düşüş: Bitcoin və Ethereum son sutkada dəyər itirdi

Kriptovalyuta bazarında satış təzyiqi güclənib. Bazar dəyərinə görə ən böyük iki rəqəmsal aktiv olan "Bitcoin" və "Ethereum" son sutkada dəyər itirib. milliaz-a istinadən xəbər verir ki, binance birjasını

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib. "Report"a istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçü

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasu

Mingəçevirdə 35 yaşlı kişini döyüb öldürdülər - FOTO

İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub. 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanay


yeni xeberler azerbaycan xeberleri son xeberler metbuat xeberleri xeberler az en son xeber xeber saytlari