Bakıda 3 nəfəri avtomobil vurub, vəziyyətləri ağırdır
Bakının Xətai, Xəzər və Nərimanov rayonlarında yol qəzaları zamanı üç piyada ağır xəsarət alıb.
KONKRET.az xəbər verir ki, hadisələrin hər üçü də yolun piyada üçün müəyyən edilməmiş hissəsində qeydə alınıb.
Əhmədli qəsəbəsində yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Həsənxanova Marina Eduard qızını minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıb.
Digər analoji hadisə Qum adası ərazisində baş verib. 1996-ci il təvəllüdlü Heydərov Altun Vüqar oğlunu yük maşını vurub. Həmin şəxs ağır bədən xəsarətləri alıb.
Bakı Nəqliyyat Agentliyinin qarşısında – yolun müəyyən edilməmiş hissəsindən keçən 1964-cü il təvəllüdlü Göyüşov Müslüm Gülüstan oğlunu da maşın vurub. Yaralı piyada qapalı kəllə-beyin travması sağ bud sümüyünün sınığı diaqnozları ilə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.
Hər üç faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar aparılır.//APA

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu