Bakıda 58 min insanı maraqlandıracaq VACİB XƏBƏR - Bu klinikalarda

Bakıda 58 min insanı maraqlandıracaq VACİB XƏBƏR - Bu klinikalardaBakı Baş Səhiyyə Mərkəzinin (BBSM) tabeliyində fəaliyyət göstərən ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanılıb.
TƏBİB-dən azxeber.com-a verilən məlumata görə, vətəndaşlara məxsus ambulator tibbi kitabçalar ləğv edilərək, onlarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.
Ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həyata keçirdiyi bu yenilik imkan verəcək ki, ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısı alınsın və yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaş sürətli şəkildə müvafiq həkimə yönləndirilsin.
Bu prosesə pilot layihə olaraq Bakı Baş Səhiyyə Mərkəzi tabeliyində fəaliyyət göstərən 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında başlanılıb. Belə ki, ilkin mərhələdə 58 min əhalinin məlumatlarının daxil edilməsi nəzərdə tutulub. 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında yekunlaşmaqda olan proses pilot layihənin ikinci mərhələsi olaraq, daha sonra Yasamal rayonu ərazisində yerləşən 39 nömrəli Şəhər və 13 nömrəli Uşaq Poliklinikasında da davam etdiriləcək.
Gələcəkdə ölkə üzrə vahid mərkəzləşdirilmiş sistemin yaradılması istiqamətində görülən bu tədbirlər icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən daha operativ və səmərəli istifadəni təmin edəcək.
BBSM-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi statistika və analitika şöbəsinin müdiri İradə İsmayılovanın sözlərinə görə, əvvəlki dövrlərdə poliklinikaya müraciət edən vətəndaşın tibbi məlumatları kağız daşıyıcı olan ambulator tibbi kitabçada toplanırdı:
"Ambulator tibbi kitabçaların axtarılması, həmçinin, vətəndaşın qeydiyyatda olmadığı poliklinikaya müraciət etdiyi halda onun üçün yeni ambulator tibbi kitabçanın açılması bir qayda olaraq tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinə səbəb olurdu. Bu eyni zamanda həkimlərə xəstələrin əvvəlki tibbi məlumatlarının öyrənilməsində çətinliklər yaradırdı. Artıq bu çətinliklərə son qoyulur. Ölkənin istənilən rayonunun ərazisində yaşayan vətəndaş istənilən poliklinikaya müraciət etdiyi halda yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında onun ambulator tibbi kitabçasında olan məlumatları elektron qaydada əldə etmək və onu müvafiq həkimə yönləndirmək mümkün olacaq".
Qeyd edək ki, bu məqsədlə E-Tebib proqramında müvafiq həkim səhifəsinin yaradılması ilə bağlı texniki tapşırıqlar hazırlanıb və tətbiqi üçün İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya texnologiyaları şöbəsinə təqdim olunub.

Sosial       Tarix: 20 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele son xeberler bugun 2026 muharibe en son xeberler cəbhədən xəbər