Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama

Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlamaBakı şəhərində avtobus zolaqlarının ləğvi məsələsi ilə bağlı ictimai rəydə müxtəlif yanaşmalar var. Şəxsi avtomobil sürücüləri hesab edirlər ki, avtobus zolaqları küçələrin daralmasına və tıxacların artmasına səbəb olur. 
İctimai nəqliyyatdan istifadə edənlərin böyük əksəriyyəti isə avtobus zolaqlarının saxlanmasının vacib olduğunu düşünür. 
Milli Məclisin deputatı Razi Nurullayev mövzuyla bağlı azxeber.com-a açıqlama verib.
O bildirib ki, avtobus zolaqlarının ləğv olunması absurd yanaşmadır:
"Avtobus zolaqları olmasa, şəhərdə bir nəfər belə işinə vaxtında çata bilməz. Düşünürəm ki, ictimai nəqliyyatdan istifadə edənlər və daşıyıcılar üçün daha əlverişli şərait yaradılmalıdır. Bütün vətəndaşlar ictimai nəqliyyata yönəlməlidir. Əgər hər kəs şəxsi avtomobili ilə şəhərdə hərəkət edəcəksə, tıxacın qarşısını almaq mümkün olmayacaq".
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlamaDeputat qeyd edib ki, tıxacların qarşısını almağın yeganə yolu ictimai nəqliyyatın daha da inkişaf etdirilməsi və onun rahat olmasıdır:
"Bu, yeni metro xətlərinin açılması ilə də bağlıdır. Dövlətin nəqliyyatın inkişafına dair proqramı mövcuddur. Məhz həmin proqram nəticəsində 2030-cu ilə qədər bu problemlər qismən həll ediləcək. Amma avtobus zolaqlarının ləğvi şəhərdə iflic vəziyyət yaradar".
Parlamentari vurğulayıb ki,  yeni avtobus zolaqlarının yaradılması daha məqsədəuyğundur:
"Düzdür, avtobus zolaqlarının olması müəyyən mənada şəxsi avtomobil sürücülərinə maneçilik törədir. Amma bu, daha böyük problemlərin qarşısını alır. On minlərlə insan məhz ictimai nəqliyyatdan istifadə etməklə işinə vaxtında çatır və evinə də vaxtında qayıda bilir. Bunlar cəmiyyətin ən həssas və sosial cəhətdən daha kasıb təbəqəsidir. Ona görə də onları avtobus zolaqlarından məhrum etmək yolverilməzdir".
Şahanə Ziyad

Sosial       Tarix: 17 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler hava haqqinda ən son xəbər beynelxalq bank mezenne