Bakıda avtomobilin yanması tıxaca səbəb oldu – Sürücü tapılmır / FOTO
Bakının Xətai rayonunda yol kənarında dayanan avtomobil yanıb.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə Yusif Səfərov və Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.
99-PS-156 dövlət nişanlı "Khazar" markalı maşın yol kənarında hərəkətsiz vəziyyətdə olarkən yanmağa başlayıb. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə bölməsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Alov avtomobilin mühərrik hissəsindən başladığından qısa müddətdə salona keçib. Yanğın söndürülüb. Avtomobilin sahibi isə axtarılır.
Baş vermiş hadisəyə görə Yusif Səfərov küçəsindən Heydər Əliyev prospekti istiqamətində tıxac yaranıb. Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda yolda nəqliyyatın normal hərəkətinin bərpası istiqamətində işlər aparılır.


Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu