Bakıda baldızıgilə getmək istəməyən qadın döyüldü

Bakıda baldızıgilə getmək istəməyən qadın döyüldüBakının Sabunçu rayonunda 43 yaşlı kişi həyat yoldaşına şiddət göstərməkdə ittiham olunub.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ordubad rayon sakini, 1983-cü il təvəllüdlü Sakit yaşadıqları evin yataq otağında arvadı Samirə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman Sakit Qurban bayramı münasibətilə bacısı Esmiranın Sumqayıt şəhərində yerləşən evinə ailəliklə qonaq getmək istədiyini Samirəyə deyib, sonuncu isə buna narazılıq edib. Onun getmək istəməməsi səbəbindən aralarında mübahisə yaranıb.
Ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı ər arvadını sağ əli ilə hər iki qol və döş qəfəsi nahiyələrinə, sağ ayağı ilə isə sol ayaq nahiyəsinə bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İş üzrə izahat verən Sakit bildirib ki, 2015-ci ildə Samirə ilə ailə həyatı qurub və birgə nikahlarından iki oğul övladı var:
"Məlum hadisə günü, saat təqribən 14 radələrində yaşadığım evdə olarkən Qurban bayramı ilə əlaqədar Samirəyə Sumqayıt şəhərində yaşayan bacımın evinə ailəlikcə qonaq getmək istədiyimi bildirdim. Lakin Samirə getmək istəmədiyini deyərək narazılığını bildirdi və aramızda mübahisə baş verdi. Mübahisə nəticəsində evin yataq otağında olarkən Samirəni vurdum. Bundan sonra Samirə döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda arvadı ilə barışdığını, əməlindən peşman olduğunu söyləyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Sakit 1200 manat miqdarında cərimə edilib.demokrat.az

Hadisə       Tarix: 21 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Məhkəmə kafe sahibini bıçaqlayan şəxslərlə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Bəşirov, Ömər Kərimov və Həsən Bəhmənovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri cəbhədən son görüntülər cəbhədən xəbər xabarlar