Bakıda baş redaktor həbs edildi - Foto
Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib.
KONKRET.azoxu.az-a istinadla xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul alması barədə Nizami Rayon Polis İdarəsinə çox sayda şikayət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Camal Bağırzadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq orqanının təqdimatı ilə Nizami Rayon Məhkəməsində proses keçirilib. Məhkəmə istintaq orqanının təqdimatını təmin edib və C.Bağırzadə barədə 2 ay həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, 2023-cü ildə Camal Bağırzadənin vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək ondan pul almasına dair məlumat yayılmışdı. P.Babayeva bu barədə Baş Prokurorluğa müraciət etmişdi. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Camal Bağırzadənin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) və 399-cu (Vəkil adından qanunsuz istifadə) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmışdı.
O, məhkəmənin qərarı ilə 350 manat məbləğində inzibati qaydada cərimə edilmişdi.


Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü
Azərbaycanda Konstitusiya Günüdür