Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edibİrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbəti cəhd olmaqla bütün dünyanın bölüşdüyü, beynəlxalq konvensiyalarda təsbit olunmuş bəşəri dəyərlərə hörmətsizlik, sülh və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində aparılan səylərə qarşı təxribatdır.
azxeber.com xəbər verir ki, bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatında qeyd edilib.
Qeyd olunub ki, Göy məscidin mərasim zalında büstün qoyulması təşəbbüsü Ermənistan tərəfinin, xüsusilə də bu ölkənin siyasi rəhbərliyinin tarixi abidənin ilkin təyinatına və mənsubiyyətinə obyektiv, qərəzsiz münasibəti ilə bağlı ciddi suallar yaradır:
"Bu cəhdlər Göy məscidin tarixi-mədəni kimliyinin arxa plana keçirilməsinə və başqa mədəniyyətə aid abidə kimi təqdim olunmasına xidmət edir. Tarixi abidələrin qorunması onların yalnız fiziki mövcudluğunun təmin edilməsini deyil, həm də mənsubiyyətinə, ilkin təyinatına və mədəni kimliyinə hörmətlə yanaşılmasını tələb edir. Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, Hüseynəli xanın hakimiyyəti illərində inşa edilmiş Azərbaycan memarlıq və dini irsinin mühüm nümunəsidir".
Bildirilib ki, tarixdə Göy məscid, Göy cami və Hüseynəli xan məscidi adları ilə tanınan bu abidə İrəvanın müsəlman əhalisinin dini və ictimai həyatında mühüm yer tutmuş, şəhərin mədəni simasının formalaşmasında əhəmiyyətli rol oynayıb:
"Onun tarixi mənsubiyyəti məscidin memarlıq xüsusiyyətləri, inşa edildiyi dövr və İrəvan xanlığının dövlətçilik tarixindəki yeri ilə bilavasitə bağlıdır. Sovet hakimiyyəti dövründə burada dini fəaliyyət dayandırılmış, bina müxtəlif dünyəvi məqsədlərlə, o cümlədən muzey kimi istifadə edilib. 1995-ci ildə İranla Ermənistan arasında əldə olunmuş razılaşma əsasında "rekonstruksiya" işlərinin maliyyələşdirilməsi İran tərəfinə həvalə edilmişdir. Lakin bu proses məscidin tarixi mənsubiyyətinin dəyişdirilməsi və ya onun ilkin memarlıq xüsusiyyətlərinin başqa mədəniyyətin adı ilə təqdim edilməsi üçün əsas ola bilməz".
Bəyanatda qeyd edilib ki, istənilən mədəni irs nümunəsinin hansısa ölkənin vəsaiti hesabına bərpa edilməsi onun həmin ölkəyə məxsus olduğunu iddia etmək üçün əsas hesab edilmir. Göy məscidin tarixi kimliyi onun inşa edildiyi dövr, İrəvan xanlığı və şəhərin Azərbaycan mədəni irsi ilə bağlılığı əsasında qiymətləndirilməlidir.
Abidənin "fars məscidi" kimi təqdim olunması, adının və tarixi kontekstinin dəyişdirilməsi cəhdləri elmi-tarixi yanaşmaya deyil, siyasi məqsədlərə xidmət edir:
"Xüsusi olaraq vurğulamağı zəruri hesab edirik ki, mədəni irsin qorunması beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. UNESCO-nun "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyası mədəni sərvətlərin silahlı münaqişə zamanı qorunmasını, onlara qarşı düşmənçilik hərəkətlərinin, talan və mənimsəmə hallarının qarşısının alınmasını nəzərdə tutur. UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il tarixli Konvensiyası isə dövlətlərin öz ərazilərində yerləşən mədəni irsin müəyyənləşdirilməsi, mühafizəsi, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə məsuliyyətini təsbit edir".
Komitənin bəyanatında həmçinin qeyd edilir:
"Təəssüf hissi ilə vurğulayırıq ki, Ermənistan işğal dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərində məscidlərə münasibətdə tətbiq etdiyi neqativ təcrübəni bu gün yenidən istifadə edir. Azərbaycan xalqı 2019-cu ildə Şuşadakı Yuxarı Gövhər Ağa məscidində təmir adı altında aparılan işlərə İran İslam Respublikasında fəaliyyət göstərən şirkətin cəlb edilməsini, onun və Ağdam Cümə məscidinin "fars məscidləri" kimi təqdim olunmasını unutmayıb. Biz, eyni zamanda işğal altında olmuş digər ərazilərdəki qədim məscid və ibadət yerlərinin dağıdılmasını, təhqir olunmasını, xalqımızın dini hisslərini hədəf alan vandalizm əməllərini də dərin məyusluq və acı təəssüf hissi xatırlayırıq. Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdəki bütün dini-mədəni abidələrin bərpasını həyata keçirir, onların tarixi bərpası istiqamətində ardıcıl tədbirlər görür. Lakin fiziki dağıntıların aradan qaldırılması işğal dövründə törədilmiş vandalizm aktlarının xalqımızın tarixi yaddaşında yaratdığı mənəvi izləri silmir".
Dövlət Komitəsi mədəni irs nümunələrinin qorunması məsələsində vahid və obyektiv meyarların əsas götürülməli, onların bərpası və istifadəsi zamanı tarixi mənsubiyyətinə, ilkin memarlıq xüsusiyyətlərinə və dini təyinatına hörmətlə yanaşılmalı olduğuna diqqət çəkib:
"Bu baxımdan, İrəvandakı Göy məscidin tarixi kimliyinin təhrif edilməsinə yönəlmiş cəhdlər mədəni irsə münasibətdə eyni prinsiplərin hər yerdə qorunmasının vacibliyini bir daha gündəmə gətirir. Göy məscidin tarixi mənsubiyyətinin təhrif edilməsinə və Azərbaycan xalqının mədəni-dini irsinin mənimsənilməsinə yönəlmiş cəhdlərə etirazımızı bildirir, İran və Ermənistan tərəflərini tarixi faktlara hörmətlə yanaşmağa, dini və mədəni abidələrdən siyasi-ideoloji məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırırıq".
Xatırladaq ki, İrəvanda Göy məscid kompleksində mərasim zalına rəsmən erməni şairi Yeğişe Çarentsin adının verilməsi ilə bağlı tədbir keçirilib. Ermənistanda işgüzar səfərdə olan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi məscidin mərasim zalında şairin adının yazıldığı lövhənin açılışını edib. Gələcəkdə orada şairin büstünün qoyulması planlaşdırılır.

Siyasi       Tarix: 12 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasınd

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər


azerbaycan xeberleri son xeberler yeni xeberler hava xeberler azerbaycan azerbaycan son xeber bugun